Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Online şəkildə “patı” satan şəxs həbs edildi - Video

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini İ.Quliyev və H.Nəsirov saxlanılıb və keçirilən baxış zamanı hər ikisinin üzərindən “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar.

Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nazirlikdən verilən digər məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib. Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.

Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar