Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülkər Fərmanqızı: “Xanhüseyn Kazımlının sürücüsüyəm deyən şəxslə əlaqəmiz yoxdur”

Sosial Rifah Partiyası qurumun keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilməsi xəbərinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, ASRP-nin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Fərmanqızı bununla bağlı açıqlamasında deyib:

“Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər. Amma nə hörmətli professorun, nə onun ailəsinin, nə partiyamızın xəbərdə qeyd edilən avtomobili var. Baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə bir əlaqəsi var. “Mən Xanhüseyn Kazımlının sürücüsüyəm” deyən şəxslə əlaqəmiz yoxdur. Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub-olmaması ilə bağlı məsələni təsdiq etməyib. Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar