Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tükdən asılı mandatlar – əslində o, təhlükəsizlk təminatı vermir, bir müraciətlə ömrü bitir

Dünəndən bəri ölkədə geniş müzakirə olunan məsələlərdən biri də xaçmazlı deputat Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib-verilməyəcəyidir. El arasında bu akta “mandatı əlindən alınma” deyirlər.

Bəri başdan deyək ki, bu, texniki məsələdir. İstənilən gün istənilən deputatın mandatını əlindən almaq mümkündür. Yəni bunun üçün mürəkkəb prosedurlara ehtiyac qalmır, baş prokurorun parlamentə bir müraciəti kifayət edir.

Ölkədəki siyasi vəziyyət, qüvvələrarası münasibət də elədir ki, ortada ali iradə olmasa, baş prokuror hansısa deputatın səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət etməz. Müraciət varsa, demək, ciddi nəticələri də olacaq.

Baş prokurorun müraciətinin əsasında isə deputat mandatına sahib olan insanın cinayət törətməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, bir də adamın deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozması faktı durur.

İndilikdə Eldəniz Səlimovun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur və onun cinayət törətməsi hələ sübut olunmayıb. Ancaq onun deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozması faktdır.

Çünki ortada konkret şikayət, hal şahidləri, zərərçəkən və ölkə gündəmində ajiotaj doğuran hərəkətlərə dair təfərrüat var. Bu iş dövlət rəhbərliyinin nəzarəti altındadır.

Bilinən odur ki, hakim partiyanın üzvü olan deputatı şərləyib-eləyən yoxdur, o, nə edibsə, özü özünə edib.

İndiyə qədər bu ölkədə mandatdan məhrum edilən və ya deputat səlahiyyətlərinə xitam verilənlər çox olub.

Onlardan bir neçəsi mandatdan özü imtina edib. KXCP sədri Mirmahmud Mirəlioğlu və ALP lideri Lalə Şövkət Hacıyeva müxtəlif seçki illərində qazanmış olduqları mandatdan sırf siyasi motivlərlə, dövrün siyasi vəziyyətinə protest olaraq imtina ediblər.

Bundan başqa, yüksək dövlət vəzifəsinə təyin olunduqları üçün deputat səlahiyyətlərinə xitam verilən şəxslər də olub. YAP-ı parlamentdə təmsil edən Əli ƏhmədovMübariz Qurbanlı dövlət vəzifəsinə irəli çəkildikləri üçün parlamentdəki fəaliyyətlərinə son veriblər.

Bir neçə deputatın səlahiyyətinə isə vəfat etdikləri üçün xitam verilib və onların seçilmiş olduqları seçki dairəsində yeni seçkilər təyin edilib (təkrar seçki təyin edilməyən dairələr də olub).

Cinayət törətməkdə şübhəli bilinən və barələrində məhkəmə hökmü olmasına görə səlahiyyəti dayandırılan şəxslər də olub. Onlardan biri Hüseyn Abdullayev, biri Ümid partiyasının sədri İqbal Ağazadə, biri Fikrət Sadıqov, başqa biri isə Gülər Əhmədovadır.

İlk iki şəxs əvvəlcə həbsa alınmış, sonra səlahiyyətlərinə xitam verilmişdi, xanım deputatın əvvəlcə mandatı ləğv olundu, sonra həbsə alındı, F.Sadiqov mandatını itirsə də, həbs edilmədi.

İqbal Ağazadə 2003-cü ilin prezident seçkilərindən dərhal sonra olunduqdan sonra, liderlərindən biri olduğu “Bizim Azərbaycan” blokunun təşkil etdiyi yürüş-mitinqin iğtişaşla nəticələnməsi üzündən, mitinqin təşkilatçılarından biri kimi həbs və mühakimə edilmiş, il yarımdan sonra əfv olunmuşdu.

2005-ci ilin payızında ölkədə dövlət çevrilişi həyata keçirmək istəyən iqtidardaxili qrup üzvlərindən biri olan Fikrət Sadıqov “silahdaş”lar Əli İnsanov, Akif Muradverdiyev kimi həbs olunmadı, mandatından məhrum olundu, bir müddət ev dustağı kimi yaşadı.

2007-ci ildə isə gözlənilmədən iş adamı, bəstəkar Hüseyn Abdullayev bir günün içində deputatdan dustağa çevrildi. Milli Məclisin yaz sessiyasının iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunarkən o, təkbaşına “qiyam”a qalxdı, son nəticədə həmkarı ilə yumruqlaşdı və elə həmin gün həbs olundu.

Böyük səs-küy doğuran qovğadan sonra Milli Məclisin intizam komissiyası Hüseyn Abdullayevin barəsində sərt qərar çıxardı, daha sonra baş prokurorluq onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə parlamentə müraciət etdi, parlament bu müraciətə, demək olar ki, müzakirəsiz müsbət cavab verdi.

Başına torba keçirilən və təcridxana hücrəsinə atılan H.Abdullayev səhvə yol verdiyini tezliklə anladı, geriyə addım atdı, peşmançılıq bildirdi, araya girənlərin yumşaldıcı vasitəçiliyi ilə 2 aydan sonra o, azadlığıa çıxdı və Almaniyaya getdi. 2018-ci ildə isə sabiq deputatı Türkiyədə yenidən həbs edərək Azərbaycana gətirdilər, mühakimə etdilər, 6 il həbs cəzası kəsdilər.

Deputat Gülər Əhmədova isə 2013-ci ildə mandatdan məhrumedilmə proseduruna ABU adlı universitetin rektoru Elşad Abdullayevlə yaşadığı qalmaqaldan sonra məruz qaldı. İnternet resurslarında yayılan qalmaqallı videodan sonra adları çəkilən və siyasi qüdrəti daha güclü olan şəxslər Əhmədovanın mandatını (eləcə də özünü) qurban verərək ajiotajı səngitmək yolu tutdular.

İndi növbə Eldəniz Səlimova çatıb. O, öz vəzifəsini icra edən dövlət qulluqçusuna fiziki xəsarətlər yetirib. O da ola bilər ki, dava-dalaş zamanı sərxoş Səlimov özündən daha yüksək vəzifəli şəxslərin ünvanına artıq-əskik sözlər də dilə gətirib.

Bu da o deməkdir ki, adam mandate ilə yanaşı, azadlığını da itirə bilər.

Unutmayaq ki, son on ildə öz məsuliyyətsiz hərəkətləri ilə qalmaqala, ictimai ajiotaja səbəb olan, xalqın hisslərini qızışdıran, narazı eloktoratın hakim komanda üzərinə ayaqlanmasına rəvac verən vəzifəli şəxslər bağışlanmır. İqtidar komandası gəmiyə yük olmasın deyə bu ballasta çevrilmiş şəxsləri dərhal göyərtədən atır.

Bu baxımdan indiki mandatların bir günlük, bir qərarlıq ömrü var.(musavat.com) 

Xalid KAZIMLI

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar