Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

Deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi tək döyməyib.

Bildirilir ki, hadisə zamanı Xaçmazın keçmiş icra başçısı, hazırda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri olan Şəmsəddin Xanbabayevin Mənsur adlı sürücüsü də orada olub. İddialara görə, keçmiş icra başçısının sürücüsü artıq saxlanılıb.

Qaynarinfo məsələ ilə bağlı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.

- Şəmsəddin müəllim, iddia olunur ki, deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi döyərkən sürücünüz Mənsur da ona yardımçı olub…

- Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm.

- Yəni, təsdiqləyirsiniz ki, sürücünüz hadisə zamanı həmin restoranda olub?

- İndi deputatın maşını olmayıb, mənim şəxsi maşınımda gedib. O restoran da burda yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Orda olub hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim.

- Məlumat yayılıb ki, sürücünüz artıq saxlanılıb…

- Niyə? Günahı nədir?

- İddia olunur ki, o da polis əməkdaşını vurub.

- O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm, o, davakar adam deyil. Sadəcə deputat mənim maşınımda gedib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar