Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müavinət və təqaüdlər artırılacaq

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır.

PİAt.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur.

"2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən 110 və 130 manat olan müavinətlərin məbləği qaldırılıb. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Müəyyən proqramlar qəbul edilir, müavinət və təqaüdlərin artırılması da planlaşdırılır".

Sədr müavini həmçinin qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olanların ailələrinə və qazilərə verilən təqaüdlərdə də artım olub:

"Belə ki, şəhid ailələrinə verilən təqaüdün miqdarı 300 manatdan 500 manata artırılıb. Əlilliyi müəyyən olunmuş şəxslərdə isə əvvəl I, II və III dərəcəli əlilliyə görə verilən 250, 230 və 210 manat təqaüdlər müvafiq olaraq 400, 350 və 300 manata artırılıb. Yaşa görə, əllilliyə və digər müavinətlərin də artırılması diqqət mərkəzindədir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar