Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Müdafiə Nazirliyi Ermənistanın sərhəd təxribatları haqda bəyanat verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) minatəmizləyən bölmələri tərəfindən Azərbaycan ordusuna dəstək çərçivəsində bu günə qədər Ermənistanın işğalından azad edilən bölgələrdə 344 min 409 kvadratmetr ərazi minalardan təmizlənib. Virtualaz.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Müşavirliyinin zabiti, mayor (minbaşı) Pınar Kara bu gün keçirdiyi brifinqdə bu haqda bildirib.

“TSK Qardaş ölkə Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq anlaşmaları çərçivəsində Azərbaycan Silahlı qüvvələrinin modernizasiyasına və tədris fəaliyyətlərinə dəstək verməyə davam edir. TSK və Azərbaycan Silahlı Qüvvələri birlikdə həyata keçirdikləri təlimlərdə peşəkar personalı və təchizatı ilə qarşıya qoyulacaq hər cür vəzifəni yerinə yetirəcək gücdə olduğunu göstərməkdədir”,-Pınar Kara deyib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi daha sonra Azərbaycan-Ermənistan sərhədində son günlər baş verən hadisələri xatırladıb. Erməni tərəfinin təxribatları nəticəsində Azərbaycan ordusunun 1 hərbçisinin şəhid olduğunu, 2 hərbçisinin yaralandığını bildirib. Bu təxribatlara cavab verildiyini qeyd edib.

“Son zamanlar erməni tərəfinin təxribatlarında artım müşahidə olunur. Bu baş verənlər göstərir ki, Azərbaycanın zəfəri ilə nəticələnən Tək Vətən Hərəkatı sonrası hörmətli prezident Əliyevin sülhə yönəlmiş cəhdlərinə Ermənistan tərəfi konstruktiv münasibət göstərmir. Ermənistanın bölgədəki aqressiv davranışları qarşısında Azərbaycan Türkü qardaşlarımızın haqlı mübarizələrində yanlarında olduğumuzu bir daha vurğulayır, təhsil, hərbi yardım və müşavirlik fəaliyyətləri ilə “iki dövlət, bir millət” anlayışına uyğun olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanlarında olmağa davam edəcəyimizi bildirmək istəyirik”,-Pınar Kara bildirib.  (Virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar