Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadir Şah Əfşar və çeçenlər

1742-ci ilin noyabrında Nadir şah Əfşar şimal istiqamətində hərəkətə başladı. Çox güman ki, onun məqsədi donmuş Terek çayını keçərək Qızlara getmək idi. Çeçenistandan aldığı məktub şahın bu qərarı verməsinə səbəb olmuşdu.

Həmin məktubda çeçenlər bildirmişdilər ki, Nadir şah Əfşarın təbəəliyini qəbul etmək niyyətindədirlər. Əgər o, Çeçenistana gəlsə, çeçenlər Rusiya ilə müharibədə Nadir şaha əllərindən gələn köməyi edəcəklər.

1741-ci ilin sentyabrından 1742-ci ilin mayınadək Nadir şahın qoşunları Dağıstanda ciddi uğurlar qazandılar. Lakin onlar Avarıstanda bir neçə yüksəkliyi ala bilməyib müəyyən itkilər verdilər. XIX əsrin çeçen etnoqrafı Umalat Laudayev yazır: “Avarıstandakı döyüşlərdən sonra şah ordusunun bəzi bölükləri istiqaməti itirib Çeçenistana gəlib çıxmışdılar. Həmin qızılbaşların bir hissəsi geri qayıtmamış və çeçen aullarında məskunlaşmışdı. Turkoy, Xurkoy, Xoy, Parsenoy və digər çeçen nəsilləri qızılbaş döyüşçülərinin törəmələridir”.

Haşiyə. Sözügedən nəsillər bugün də çeçenlər arasında qalmaqdadır. Lakin vurğulamalıyıq ki, müasir çeçen tarixçilərinin və tədqiqatçılarının əksəriyyətinin fikrincə, onlar köklü çeçen tayfalarıdır və qızılbaşlara aidiyyəti yoxdur. Genetik araşdırmaların nəticələrinə əsasən, qızılbaşlardan törədiyi iddia edilən nəsillərin bugünkü nümayəndələri digər çeçen tayfaları arasında geniş yayılmış haploqrupları daşıyırlar.

Görünür, Y-xromosomlu J1 və J2 haploqrupları nəzərdə tutulur. Belə ki, çeçenlərin 30 faizi J1 haploqrupuna, 57 faizi isə J2 haploqrupuna aiddir. Amma məsələ burasındadır ki, azərbaycanlıların da, təxminən, 9 faizi J1 haploqrupunun, 19 faizi isə J2 haploqrupunun daşıyıcısıdır. Bu məlumatı sadə dilə çevirək: indiyədək DNA testindən keçmiş azərbaycanlıların, təxminən, 28 faizinin, çeçenlərin isə, təxminən, 87 faizinin ata xətti ilə ümumi əcdadı 31.600 il əvvəl yaşamış bir kişidir. Genetiklər həmin şəxsi şərti olaraq “J”, ondan törəmiş nəsilləri isə “J1” və “J2” adlandırmışlar.

Sözügedən hadisələrdən 7 il əvvəl – 1735-ci ildə Krım xanı Qaplan Gəray (1678–1738) Osmanlı sultanından əmr almışdı ki, Azərbaycanda Nadir xan Əfşarla döyüşən osmanlıların köməyinə tələssin. Xan 60.000 süvari ilə yola düzəldi. Çərkəzistanda ona daha 20.000 döyüşçü qoşuldu. Bu böyük qoşun özünü Azərbaycana yetirə bilsəydi, sözsüz ki, müharibənin gedişində ciddi dəyişikliklər baş verəcəkdi. Krım ordusu Çeçenistandan Dağıstana keçməli, oradan isə Azərbaycana daxil olmalı idi. Amma çeçenlər Qaplan Gəray xanın qabağını kəsdilər və ondan tələb etdilər ki, özünə başqa bir marşrut seçsin. Qəfildən ortaya çıxmış maneə xanı təəccübləndirsə də o, qoşunun hərəkətini dayandırmadı. Belə olduqda çeçenlər bugün Xanqala adlanan dərədə tatarların və çərkəzlərin üzərinə hücum etdilər. Şiddətli döyüş başlandı.

Çeçen həmlələri nəticəsində ağır itkilər verən Qaplan Gəray xan çətinliklə dərədən keçib Dağıstana daxil oldu. Burada tatarlar Səfəvilərin müttəfiqləri olan qumuxlarla qarşılaşdılar. Döyüş Krım xanının qələbəsi ilə başa çatdı. Tatar dəstələri Dərbənd şəhərinin yaxınlığında göründülər. Amma onlar gecikmişdilər.

Xanqala döyüşü Azərbaycan uğrunda savaşın taleyinə ciddi təsir göstərmişdi. Müttəfiqlərindən vaxtında kömək ala bilməyən Osmanlı ordusunun Qafqaz qruplaşması ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur olmuşdu. Krım ordusunun aparacağı hərbi əməliyyatlar artıq heç nəyi dəyişməyəcəkdi. Buna görə də Qaplan Gəray xan yürüşü yarımçıq saxlayıb Krıma qayıtdı. Ədalət naminə onu da qeyd edək ki, xan əvvəldən bu yürüşün əleyhinə olmuşdu.1736-cı il oktyabrın 17-də İstanbulda Osmanlı və Əfşar imperiyaları arasında sülh nüqaviləsi bağlandı.

Müəllif: Milli Kimlik Araşdırma Qrupunun üzvü Araz Şəhrili

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar