"Çox zaman deyirlər ki, dərs oxuyan uşaq telefona, televiziyaya baxmır. Heç bir şeylə maraqlanmır, yalnız dərslə maraqlanır. Amma bu yalnışdır".
Bunu Unikal.org-a açıqlamasında qəbul imtahanında ən yüksək bal toplayan Əflan Bədəlov bildirib. O, dərslərinə məsuliyyətlə yanaşdığını və heç zaman axsatmadığını ifadə edib:
"Çalışmışam ki, dərslərimi bitirim daha sonra sonra digər işlərimlə məşğul olum. Gündə ortalama 4 saat dərslə məşğul olmuşam. O bilər ki, dərslərim çox olar, o zaman 5-6 saat çalışdığım olub. Asudə vaxtlarımı dəyərləndirmişəm. Həvəskar futbolçuyam, çox zaman onunla məşğul oluram. Dostarımla və ailəmlə vaxt keçirməyi sevirəm".
Biznesin idarə edilməsi və ya Maliyyə fakültələrini təhsil almağı düşünən Əflan Bədəlov universitet seçimləri qarşısında qalıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarında Salyan şəhər, Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi, 3 qat respublika fənn olimpiyadasının qalibi, qızıl nişanlı Əflan Bədəlov 691 balla rayon birincisi olub.
pia.az