Çərşənbə, 29 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mustafa Şentop: "Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada bənzəri yoxdur"

“Türkiyə Orta Asiyadakı bütün türk dövlətlərinin müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Eyni zamanda həmin ölkələrlə ilk diplomatik əlaqələr quran, səfirliklər açan da biz olmuşuq. Hər zaman dostluq və qardaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi üçün bütün addımları atırıq”.

PİA.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

TBMM sədri bildirib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada heç bir bənzəri yoxdur: “Bunu mərhum ulu öndər Heydər Əliyev “tək millət, iki dövlət” kəlamı ilə çox gözəl ifadə edib. Təbii ki, bu fikrin təkcə şüardan ibarət olmadığını hamı gördü. Ən son 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi maddi və mənəvi dəstək həmin sözün gerçəkliyini bir daha sübut etmiş oldu. Təxminən bir ay əvvəl Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı “Şuşa bəyannaməsi” dövlətlərarası əlaqəli çox yüksək nöqtəyə daşıdı”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya hərbçiləri Kəlbəcərin Buzdux və Sarıdağ yüksəkliklərini də nəzarətə götürdü...- Xəritə

Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? - Foto

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar - Video

Anım günü qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - Foto

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

İcra başçısının direktor arvadından açıqlama: "Qan təzyiqimə görə 44 əvəzinə 24 demişəm"

Eldar Həsənov əlində xeyli media orqanı cəmləşdirib...

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Ermənilərin Ağdamda gizli saxladığı bunker tapıldı - Video

Əliyevin güvəndiyi Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir?

Dövlət Agentliyi Prezidentin tövsiyələrinə niyə əməl etmir? - 515 minlik israf...

Ən çox oxunanalar