Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıdılan erməni postunun fotoları

Erməni KİV-ləri ötən gecə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun Azərbaycan ordusu bölmələrinin cavab tədbirləri nəticəsində dağıdılan postunun fotolarını yayıb.

PİA.az xəbər verir ki, post köhnə vaqondan və ətrafına yığılmış qum dolu kisələrdən ibarətdir. Kadrlara əsasən postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərinə qarşı yenidən təxribata əl ataraq müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb, döyüşlər səhər saatlarına qədər davam edib. Səhər saat 10 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub.

Erməni tərəfinin döyüşlərdə tankları və 120 millimetrlik minaatanları da işə saldığı bildirilir. Döyüşlərdə erməni tərəfi 3 hərbçisini itirib, 4 nəfər yaralanıb. Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar