Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio-2020: Azərbaycanın 21 idmançısı çıxışlarını başa vurub - Siyahı

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

"Report"un məlumatına görə, cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində 1/16 final görüşünü qələbə ilə başa vurub. O, fransalı Aleksandr İddiri vazari xalı ilə yenib.

Lakin növbəti görüşündə Kotsoyev kanadalı Şadi Elhanasa ipponla uduzaraq, çıxışlarını erkən başa vurub.

Boksçu Məhəmməd Abdullayev isə 91 kq-dan yuxarı çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşüb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Oyunlarla vidalaşıb.

Beləliklə, Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 21-ə çatıb:

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı (48 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar