Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresdə Azərbaycana hərbi yardıma qadağa qoyan təklif qəbul edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarlarının düzəlişi qəbul olunub.

PİA.az xəbər verir ki, sözügedən qanunun leyhinə 217, əleyhinə 212 səs verilib. Bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında dərc olunub. Növbəti mərhələdə bu qanun Senatda baxılaraq səsə qoyulmalıdır.

Azadlıq Radiosu bildirir ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilirdi ki, Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə konqresmenin özü də iyulun 28-də Twitter-də yazıb: “Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, sözü gedən dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözügedən düzəlişə bir neçə başqa konqresmenlər də dəstək veriblər. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O iyulun 28-də bu barədə bəyanatla çıxış edib.

Xanım Çu bildirib ki, ABŞ Nümayəndələr Palatasının ABŞ-ı bu məsələdə “düzgün mövqeyə çıxarmaq” və “Azərbaycanın zoraklılığa” son qoyması üçün ona təzyiq göstərmək imkanı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar