Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Son zamanlar vaksinlə bağlı bir çox problemlər yaşanır. Toylara icazə verilməsinə baxmayaraq vaksin pasportu olmayan şəxslər məclislərə buraxılmır.

Dünən keçirilən toy məclislərinə 2476 nəfər buraxılmayıb, 120 nəfər isə cərimələnib. Maraqlıdır ki, insanlar koronavirusla bağlı olan qaydalara niyə əməl etmirlər?

PİA.az xəbər verir ki, Yenisabah.az məsələ ilə bağlı Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, yazıçı, tənqidçi Xeyrəddin Qoca ilə həmsöhbət olub. O ilk öncə vaksinlə bağlı fikirlərini bölüşüb:

“Facebook sosial şəbəkəsində dünya alimlərinin müxtəlif fikirləri yayılır. Qeyd edirlər ki, vaksin dəhşətdir, çox zərərlidir. Hər kəs düşünür ki, vaksin vurdursun, kim pul qazanmaq istəyirsə deyir ki, vaksin vurdurun, virusdan qorunun. Lakin belə deyil. Mən təklif edirəm ki, heç kim vaksin vurdurmasın. Bütün dünya alimləri də bunu təsdiqləyir.

Məsələn deyirlər ki, koronavirusa görə vurulan vaksin “delta” ştammına kömək etmir. Hər ay bir virus ortaya çıxacaq biz bunların hər birinə görə vaksin vurdurmalıyıq? Dünya bankı vaksin vasitəsi ilə pul qazanır. Gündə bir xəstəlik uydururlar, bu nə deməkdir?

Xatırladım ki, allergiyası olan insanlar vaksin vurdurmamalıdır. Həmin şəxslərə də deyirlər ki, vaksin pasportun yoxdur işdən çıx, belə şey olar?

Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır. Allergiyası olan şəxsə sən necə vaksin vura bilərsən? Bu vaksin prosesi sadəcə bir siyasət və oyundur”.

Tənqidçi bildirib ki, kim istəyirsə vaksinasiyadan keçsin lakin bunun xeyirini, faydasını bizə izah etsinlər: “Vaksin vurdurduqdan sonra xəstəliklər artır. Əhali vaksini məcburiyyət qarşısında vurdurur. Sabah deyəcəklər ki, çörək almaq da olmaz, vaksin pasportun yoxdur. Demək ki, məqsəd nədir vaksin satıb pul qazanmaq”.

Xeyrəddin Qoca vaksinlərin içərisində 3 heyvanın geni olduğunu vurğulayıb: “Vaksinlər içərisində 3 heyvanın geni mövcuddur. Bilinmir nə etməyə çalışırlar. Bu məlumatı dünya alimləri deyib. Demək ki, doğru məlumatdır. Ehtiyatlı olmaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar