Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”

Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan - Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər:

“Erməni politoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək:

“Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada söhbət Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

Ermənistan üçün sülh sazişi imzalamaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, - deyə rusiyalı ekspert bildirib.

ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi sadəcə kiçik bir diplomatik fənddir” - deyən rusiyalı politoloq vurğulayıb ki, əslində, Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb etmir:

“Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama

Ən çox oxunanalar