Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb - Foto

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bu günkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

General-polkovnik Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Oklahoma Ştatının qubernatoru C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə baş sağlığı verib.

Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar