Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yevlaxda icazəsiz toy keçirən şadlıq sarayının sahibi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yevlax rayonu, N.Gəncəvi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bəylərov Şahin Rüştü oğluna məxsus “Xəmsə” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan "Report"a verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

pia.az


Etiket: AQTA

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ən çox oxunanalar