Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Kəlbəcər istiqamətində təxribatları intensivləşdirir... - Yeravanın hazırkı strategiyası nədir?

“Bakı bəyannaməsi”nin imzalanmasından sonra Azərbaycan-Ermənista­n sərhədində atəşkəsin kəskin pozulmasını təsadüf hesab etmək olarmı?..

Hərbi ekspert: “Ermənistan tərəfi sərhəd məsələsini müzakirə etmək istəmirsə, Azərbaycan sovet dövrünün xəritələrinə görə öz ərazisini bərpa etmək istəyəcək”.

“Ermənilər məhz gərginliyi pik həddinə çatdıraraq sərhədlərin delimitasiyası və demarkasiyası prosesini durdurmağa çalışırlar”.

Bu sözləri hərbi ekspert Azad İsazadə son günlərdə sərhəddə, xüsusilə Kəlbəcəratəşkəsin pozulması səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Ermənistanla sərhəddə intensiv döyüşlər olub. Azərbaycan Müdafiə Nazirliyinin gecə saatlarında yaydığı məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a yaydığı məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb

Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ermənistan Rusiyanın atəşi dayandırmaq təklifini cavabsız buraxıb. Azərbaycan Rusiya tərəfinin atəşkəs təşəbbüsünü qəbul etsə də, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edib. Bir qədər əvvəl isə Ermənistan Müdafiə Nazirliyi Rusiyanın atəşkəs tələbinə müsbət cavab verildiyini bildirib.

Erməni mənbələri xəbər verir ki, Azərbaycan hərbiçiləri onlara aid bir postu ələ keçirib, daha sonra isə böyük ehtimalla hərbiçilərimiz geri çəkilib. Yenidən öz mövqelərinə geri dönən ermənilər orda üç əsgərlərinin cəsədini aşkarlayıblar.

Məhz Kəlbəcər istiqamətində Ermənistanın aktivləşməsi və davamlı təxribatlara yol verməsi nədən xəbər verir? Ermənistanın hazırkı strategiyası nə ola bilər? Həmçinin atəşkəsin məhz “Bakı bəyannaməsi”nin imzalanmasından sonra kəskin pozulmasını təsadüf hesab etmək olarmı?

Sərhəddəki son gərginliyi PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azər İsazadə: “Ermənistanın sərhəddə təxribat törətməsi Azərbaycanın sərhədlərini müəyyən etməsinə mane olmaq məqsədi daşıyır. Onlar istəmir ki, Azərbaycan dövlət sərhəddini tam bərpa etsin”.

Sərhəd məsələri həll olunsa, bunun faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gəldiyini bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, buna görə Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasından qaçır, ilk növbədə yenə Qarabağın erməni sakinləri üçün status məsələsinin həllini istəyir:

Kəlbəcəratəşkəs pozulmasının dəqiq səbəblərini və Ermənistanın hansı strategiya izlədiyini demək çətindir. Bildiyimiz kimi Azərbaycan Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların aparılmasını təklif etdi. Ermənistan isə bu danışıqlardan praktiki imtina etdilər. Çünki sərhəd məsələri həll olunsa, bu faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyü tanınmasıdır. Buna görə də ilk növbədə yenə Qarabağın erməni sakinləri üçün status məsələsinin həllini istəyir.

Ermənistan tərəfi sərhəd məsələsini müzakirə etmək istəmirsə, Azərbaycan sovet xəritələrinə görə öz ərazisini bərpa etmək istəyəcək və bu bizim təbii haqqımızdır. Azərbaycan öz sərhədlərini işğalçı və təcavüzkar ölkə olan Ermənistandan müdafiə etmək üçün sərhədlərini dəqiqləşdirməlidir. Bu proses istər Kəlbəcərdə, istər Qubadlıda, istər Naxçıvanda, istərsə də Qazaxda ola bilər. İndi Azərbaycan yavaş-yavaş öz sərhədini bərpa etməyə başlayıb və bu proses davam edir. Ermənistanın sərhəddə təxribat törətməsi də Azərbaycanın sərhədlərini müəyyən etməsinə mane olmaq məqsədi daşıyır. Onlar istəmir ki, Azərbaycan dövlət sərhəddini tam bərpa etsin.

Sərhəddə atışma olanda hər iki tərəf döyüş vəziyyətində olur. Bu da sərhədlərin delimitasiyası və demarkasiyasının apaılmasına mane olur. Ermənilər məhz gərginliyi pik həddinə çatdıraraq sərhədlərin delimitasiyası və demarkasiyası prosesini durdurmağa çalışırlar.

Azad İsazadə: ““Bakı bəyannaməsi” də ümumi böyük prosesin tərkibindədir. Bu ümumi prosesin içində sərhəd məsələsi, “Zəngəzur dəhlizi”nin açılması məsələsi, rus sülhməramlılarının status məsələsi və s. var”.

Mən Kəlbəcər təxribatının arxasında bu məqamların olduğunu düşünürəm. Ermənistanda sülh müqaviləsini bağlamaqdan və sərhəd müzakirələrini başlamaqdan çəkinirlər. Çünki bu halda Paşinyana və hakim kimandaya bir daha xəyanətkar damğası vurulacaq. Məhz buna görə onlar sərhədlərin bərpa olunma prosesinə mane olmaq üçün təxribatlara əl atırlar. Biz də məcbur oluruq ki, cavab atəşi açaq və onları susduraq.

Yəqin ki, “Bakı bəyannaməsi” də ümumi böyük prosesin tərkibindədir. Bu ümumi prosesin içində sərhəd məsələsi, “Zəngəzur dəhlizi”nin açılması məsələsi, rus sülhməramlılarının status məsələsi və s. var. Gərginlik bütün bu məsələləri həll etməyə maneçilik törədir. Buna görə də düşünürəm ki, sərhəddə gərginliyin artmasında “Bakı bəyannaməsi”nin də rolu var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar