Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED uçot dərəcəsini yenidən sıfıra yaxın həddə saxlayacaqmı?

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) növbəti iclası başa çatır.

PİA.az xəbər verir ki, iclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

Ötən ilin mart ayında FED koronavirus pandemiyasının iqtisadi nəticələrinə cavab olaraq uçot dərəcəsini 0-0,25 %-ə kimi azaldıb və sonrakı 10 iclasda dəyişməyib. Buna qədər uçot dərəcəsi bu cür aşağı səviyyəyə kimi 2008-ci il 16 dekabrda endirilib və 7 il ərzində dəyişməyib. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 %) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 %-ə kimi artırıb.

“Report”un analitik qrupu hesab edir ki, bugünki iclasda tənzimləyici böyük ehtimalla uçot dərəcəsinə növbəti dəfə sabit saxlayacaq, hər ay azı 120 milyard dollarlıq istiqraz və digər borc öhdəliklərinin alınmasını davam etdirəcək. Koronavirus pandemiyası hələ də qlobal iqtisadiyyatın bərpası üçün ciddi risk formalaşdırır. Belə ki, virusun ştamlarının yaranması, o cümlədən “delta” variantının ortaya çıxması ABŞ iqtisadiyyatı üçün təhlükə yaratmaqdadır. Faiz dərəcəsini sıfıra yaxın həddə saxlamaq haqda veriləcək qərarın qlobal bazarlara qısamüddətli təsirlərinin olacağı istisna edilmir. Lakin investorların diqqəti ilk növbədə FED-in rəhbəri Cerom Pauellin iqtisadi vəziyyətlə bağlı şərhlərinə, pul-kredit siyasətinin gələcək normallaşmasına dair hər hansı sətiraltı siqnallara yənəlik olacaq. Beləliklə tənzimləyicinin monetar siyasətə dair seçdiyi tonallıq investorların əhvalını istiqamətləndirən asas amil olacaq.

Xatırladaq ki, tənzimləyici sonuncu dəfə iyunun 16-da uçot dərəcəsinin 0-0,25 % səviyyəsində saxlanılmasına qərar verib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar