Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: "Bakı Bəyannaməsi xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək"

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyk Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

PİA.az xəbər verir ki, Azərbaycana dəvətə görə təşəkkürün bildirən Mustafa Şentop ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra daha sıx olacağını deyib.

TBMM-in sədri erməni işğalından azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycana verilməli olduğunu bildirib.

Nazir Ceyhun Bayramov əvvəlcə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu sənəd ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək.

Nazir qeyd edib ki, parlament sədrlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə planlaşdırılan səfəri çox əhəmiyyətlidir. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Şuşaya olan səfəri bütün dünya üçün mühüm əhəmiyyət kəsb edirdi. “Şuşa Bəyannaməsi bizim üçün böyük uğurlardan biridir. 44 günlük Vətən müharibə dövründə Türkiyə daim yanımızda oldu və onun dəstəyini hiss etdik. Hazırda da Türkiyənin dəstəyini görürük və bundan fəxr edirik”, - deyə C.Bayramov bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar