Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

“Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub”.

PİA.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Zaurla Günaydın” proqramında deyib. Muğam ifaçısı ilk dəfə ailəsindən danışıb:

“36 ildir evliyik. Yoldaşım coğrafiya müəllimidir. Ailədə xanımların üzərinə böyük iş düşür. Dörd övladımız var. Onların təhsili, tərbiyəsi xanımımın üstünə düşüb. Yoldaşım əməkdar müəllimdir, onun tələbələri indi yüksək yerlərdə çalışır.

Həyat yoldaşı həyatın yoldaşıdır. Mənim üçün ailə, övlad birinci gəlir. Övladlarımdan üçü artıq çalışır. Kiçik oğlum İbrahim imtahan verib, nəticə hələ gözləyirik. Üç nəvəm var, böyük 8 yaşındadır. Bir qızım diplomatdır, səfirlikdə işləyirdi. İndi Xarici İşlər Nazirliyində çalışır. Digər qızım məmurdur, Milli Məclisdə işləyir. O biri qızım isə həkimdir”. (AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar