Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zooparkda koronavirusa yoluxma qeydə alınıb

ABŞ-ın San-Diyeqo şəhərindəki zooparkların birində 9 yaşlı erkək irbisdə koronavirus infeksiyası aşkarlanıb.

İrbisin bir başqa adı qar bəbiridir. Qar bəbirlərinin sayı dünyada getdikcə azalır. Bu heyvan növü məhv olma həddindədir.

Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla bildirir ki, ötən həftə zoopark işçiləri bəbirin öskürdüyünü müşahidə ediblər. Müayinə aparılıb, bəbirin koronavirusa yoluxduğu üzə çıxıb.

İnfeksiyaya yoluxmuş bəbirdə öskürək və burun axmasından başqa digər simptomların olmadığı bildirilir. Ancaq xəstə bəbir digər Amur bəbirləri ilə bir qəfəsdə saxlandığına görə həmin heyvanların da infeksiyaya yoluxduğu ehtimal edilir. Ona görə başqa heyvanlar da karantinə alınıb, zooparkın bəbirlər olan hissəsi müvəqqəti bağlanıb.

Bəbirin infeksiyaya haradan yoluxduğuı məlum deyil.

“Associated Press” xatırladır ki, yanvarda San-Diyeqonun Safari parkındakı digər zooparkda səkkiz meymunda koronavirus aşkarlanıb. Həmin meymunlar bu xəstəliyə koronavirusu gizli, simtomsuz keçirən zoopark işçisindən yoluxubmuş.

Bundan sonra heyvanların COVİD-19 infeksiyasına qarşı peyvəndlənməsi zərurəti yaranıb. Vaxtilə ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin nəzdində fəaliyyət göstərmiş “Zoetis” baytarlıq şirkəti koronavirusa yoluxma riski olan heyvanları, o cümlədən bəbirləri peyvəndləyib. Ancaq San-Diyeqoda COVİD-19-a yoluxan 9 yaşlı erkək bəbir peyvənd olunmayıbmış.

San-Diyeqodakı zooparklarda işçilər qarşısında peyvəndlənmə tələbi qoyulmur. Vaksin vurdurmayanlar üçün maska taxmaq isə məcburidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar