Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Patı” satan daha 9 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.

Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S. Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verib

Ən çox oxunanalar