Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Zeynalov Səbail rayonuna icra başçısı təyin olunandan sonra milyonluq villanı nəylə tikib?

Azərbaycanda 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev icra orqanlarında köklü surətdə struktur və kadr dəyişiklikləri etdi. Əsas məğzi şəffaflığa və büdcə vəsaitlərinə ekonomik yanaşmağa hesablanmış dəyişikliklər hələ də davam etməkdədir.
 
Prezident İlham Əliyev vəzifəyə təyin etdiyi gənc kadrları qəbul edib təlimatlandırarkən də, onları bu vəzifədə yalnız dövlətə və xalqa xidmət etməli olduqlarını, dövlətin ayırdığı vəsaitləri düzgün xərcləmələrini, korrupsiyaya yol verməmələrini dəfələrlə xatırladıb.
 
Lakin müşahidələr onu göstərir ki, dövlət başçısının çixişlarını və öz vəzifələrinin məsuliyyətini dərk etməyən, sələflərinin "əməllərini" yaşadan məmurlar gənc kadrların da arasında var.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə İcra başçısı vəzifəsinə təyin edilməyindən qısa müddət sonra dəbdəbəli malikanəyə sahib olan məmurlardan biri də Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
 
Belə ki, V.Zeynalovun Səbail rayonuna icra başçısı təyin edildikdən bir il sonra paytaxtın bahalı yerlərindən olan Şüvəlan qəsəbəsində iki mərtəbəli malikanə inşa etdirdiyi deyilir.
 
Qeyd edək ki, ümumisahəsi 800 kv metrə yaxın olan mülkün hazırkı bazar qiymətinin 1-1.5 milyon manat civarındadır.
 
Məlumata görə V.Zeynalov malikanəni həyat yoldaşı Yeganə Zeynalovanın adına rəsmiləşdirib. Malikanənin 2019-cu ildə inşa edildiyi deyilir.
 
Qeyd edək ki, Vüqar Zeynalov 2018-ci ildə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar