Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN başçısının müavini AŞPA məruzəçisi ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “ErmənistanAzərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavanla görüşüb.

XİN-dən PİA.az-a verilən məlumata görə, görüş zamanı hazırlanacaq hesabatın əsas mövzusu, qarşıda duran məsələlərin siyasi həlli üçün perspektivləri, beynəlxalq ictimaiyyətin proseslərə cəlb olunması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dünyada mina ilə “çirkləndirilmiş” əsas ərazilərdən olması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Qavan hazırladığı hesabatın münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcəyini diqqətə çatdırmış, səfəri çərçivəsində mümkün qədər ətraflı məlumat əldə edib hesabatın hərtərəfli hazırlanmasına səy göstərəcəyini qeyd edib.

E.Məmmədov eyni zamanda İrlandiya Senatının üzvü olan AŞPA deputatı Pol Qavanın yekun hesabatda sözügedən münaqişənin ağır nəticələri, Birinci Qarabağ müharibəsindən 4000-dək Azərbaycanlının itkin düşdüyü, bu dövr ərzində Azərbaycanlıların Ermənistan ərazisində və işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlənməyə məruz qaldığı, nəticədə1 milyonadək Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyinin diqqət yetirilməli məqamlar olduğunu vurğulayıb.

Məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hazırda əsas iki problemin - ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında bütün yaşayış infrastukturunu dağıdıb viran qoyduqları və bu ərazilərdə həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını tərk edərkən minalar yerləşdirdiyi, məhz bu səbəblərdən məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması üçün müəyyən müddət tələb olunduğu – mövcud olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir müavini, beynəlxalq ictimaiyyətin bütün mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq etməklə bu məsələdə yardımçı ola biləcəyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar