Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan PİA.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d'İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d'İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar