Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibə başlayanda “Artak” dedi xüsusi tapşırıq var, Qarabağa getmək lazımdır...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Davtyan David Tiqrani və Sujyan Gevorg Rubenoviç adlı iki erməninin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, S.Gevorq 1989-cu ildə Ermənistanda anadan olub. Sankt-Peterburqda ali təhsil alıb. D. Tiqrani isə 1993-cü ildə Ermənistanda anadan olub. S. Gevorqun hüquqlarını vəkil Elnur Salmanov, D.Tiqraninin hüquqlarını isə Xanlar Qafarov müdafiə edir.

Daha sonra prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçiblər, hərbi xarakterli məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürüblər və casusluq ediblər.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. S.Gevorq 2020-ci ilin sentyabr ayında D. Davtyanla birgə Sünik vilayətinin Gorus şəhəri istiqamətindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçib. Həmin ərazidə onlar ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqelər, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanlarına ötürüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn vaxt Azərbaycanın hərbi qulluqçuları tərəfindən aşkarlanaraq saxlanılıblar. İtrihamlar təsdiqini taparsa təqsirləndirilən şəxsləri 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

"Mən Qarabağa yardım aparmışdım..."

Təqsirləndirilən şəxslər onlara elan olunmuş itrihamlarla özlərini qismən təqsirli biliblər. Azərbaycan sərhədlərini qanunsuz keçdiklərini etiraf etsələr də casusluqla bağlı ittihamla razılaşmayıblar. Casusluq etmədiyini deyən Sujyan bildirib:"Mən Qarabağa humanitar yardım aparmışam. Laçın Azərbaycanın ərazisidir, ərazini qanunsuz keçdiyimə görə özümü təqsirli bilirəm".

Sujyan Gevorq məhkəməyə verdiyi ifadəsində xeyriyyə təşkilatının təsisçisi olduğunu deyib: "Sentyabrın 27-də müharibənin başlandığını eşitdim. Bundan sonra məni tanıyanlar yardım gətirməyə başladı. Xankəndindən bəzi adamlar var idi ki, mənim gətirdiyim yardımları onlar paylayırdılar. Özüm gətirdiyim yardımları hərbiçilərə paylamışam. Xocavənd rayonunda hərbi hissədə olmuşam, orada yardım paylamışam. Orada hərbçilərlə şəkillər çəkdirmişəm".

Laçın dəhlizində Azərbaycan bayrağını görüblər və...

Təqsirləndirilən şəxs ifadəsində Qarabağda payladığı yardımlar haqda fotoları öz Facebook hesabında yerləşdirdiyini deyib: "Yardım göndərənlər sübut üçün şəkil istəyirdilər, mən də çəkib göndərirdim. Bir dəfə Şuşada, bir dəfə də Xankəndində olmuşam. Müharibə birməmişdən iki həftə əvvəl Xankəndində əhalinin vəziyyəti ilə bağlı video çəkib Facebook səhifəmdə paylaşmışam. Sülh bəyannaməsindən sonra Xankəndinə gəlmək istədik. Laçın dəhlizinə daxil olduq. Orada bizi Rusiya sülhməramlıları yoxladılar. Soruşduq ki, Qarabağa keçə bilərikmi. Dedilər bəli, keçmək olar. Biz bir qədər yol gəldikdən sonra Azərbaycan bayrağını görüb dayandıq. Orada bizi həbs etdilər. Yeddi gündən sonra Bakıya gətirdilər".

Dövlət ittihamçısının suallarını cavablandıran Sujyan "Yeni Ermənistan, vətən" diaspora xeyriyyə təşkilatının rəhbəri olduğunu, Ermənistan xüsusi xidmət orqanlarına işləmədiyini, döyüş əməliyyatlarında iştirak etmədiyini deyib. O, Ermənistan xüsusi xidmət orqanlarının “Artak” adlı əməkdaşını tanıdığını, onunla əlaqəsi olduğunu təsdiqləyib. Amma “Artak”dan xüsusi tapşırıqlar aldığını inkar edib.

S.Gevorqun məhkəməyə verdiyi ifadəsi ilə istintaqdakı ifadələri ziddiyyət təşkil etdiyindən onun istintaqdakı ifadəsi məhkəmədə elan edilib. İstintaqa verdiyi ifadəsində Sujyan göstərib ki, 2019-cu ilin yaz yaylarında ona bir nəfər zəng vurub özünü Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu, görüşmək istədiyini deyib.

Sujyan istintaqa ifadəsində nə demişdi...

Sujyanın ifadəsindən: " Mənə özünü "Artak" kimi təqdim etdi. Təsisçisi olduğum təşkilatda pul köçürmələrlə bağlı qanunsuzluq olduğunu, barəmdə çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanacağını, həbs olunacağımı dedi. Bundan sonra əməkdaşlıq təklif etdi, həbs olunacağımdan qorxdum, ona görə razılaşdım. Mənə xüsusi tapşırıqlar verəcəyini dedi. Qarabağda əməliyyat başlayanda "Artak" mənimlə əlaqə saxladı, kafedə görüşdük, dedi ki, dövlətin sənin kimi oğlanlara ehtiyacı var. Dedi ki, döyüş bölgəsinə get, silahlı birləşmələrdə iştirak et, Azərbaycan ordusunun olduğu mövqelər, hərbi texnikalar barədə mənə məlumat ver".

İfadəyə əsasən Sujyan "Artak" dan xahiş edib ki, dostu Davidlə birlikdə Qarabağa getməsinə icazə versinlər:" Ona dedim ki, Davidi uzun illərdir tanıyıram."Artak" razılaşdı. Davidlə ertəsi gün Gorus istiqamətində Azərbaycan ərazisinə keçdik...".

Məhkəmə prosesi günün ikinci yarısı davam edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar