Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun kompası və Aralıq dənizindən Dağlıq Qarabağa qədə uzanan kölgəsi...

Paris BMT Təhlükəsizlik Şurasının yeni bir qərarı ilə yeni status-kvo yaratmaq istəyirmiş. Bu layihəyə görə, fransız qoşunları Cənubi Qafqaza gələcək və Ermənistan-Azərbayca­n sərhədinə yerləşdiriləcək...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 26 iyul 2021-ci il

Aralıq dənizinin şərqindən Qafqaza qədər Fransa heç vaxt Türkiyəyə qarşı olan mövqeyini gizlətməyib. Həmçinin, Türkiyəyə qarşı Yunanıstan və Cənubi Kiprin arxasında duran ABŞ və İsrail ilə həmişə birlikdə hərəkət edib. Paris Dağlıq Qarabağdakı erməni işğalını müdafiə edib və Rusiya ilə birlikdə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsə qarşı çıxıb. Qarşımızda ABŞ prezidenti Baydenin ayaq izləri ilə addımlayan bir Makron dayanıb. Yunanıstan, Şimali Kipr Türk Respublikası (KKTC) və Ermənistan üzərindən məsələyə baxaq.

Yunanıstana 18 “Rafale” döyüş təyyarəsi

6 ay əvvəl Yunanıstan Fransa ilə 2,3 milyard avro dəyərində bir müqavilə imzalamış və 18 “Rafale” döyüş təyyarəsi sifariş vermişdi. 2023-cü ilə qədər Afinaya 6 yeni və 12 işlənmiş “Rafale” döyüş təyyarəsi gətirəcək. İlk işlənmiş təyyarə artıq keçən həftə ünvana çatdırılıb belə.

“Vətən” Partiyasının sədri Dr. Doğu Perinçekin televiziyada göstərdiyi bir xəritə var idi. Bu xəritədə Türkiyənin ABŞ-ın qurduğu bazalarla əhatə olunduğunu görürük. Qara dənizdə Gürcüstan, Ukrayna, Rumıniya və Bolqarıstanda, Aralıq dənizində Yunanıstan və Cənubi Kiprdə, cənubda isə Suriyada və İraqın şimalında ABŞ bazaları var. Fransa bazalarla hər tərəfdən Türkiyəni mühasirəyə alan ABŞ-la birgə hərəkət edir. ABŞ bazalarının yerləşdiyi ölkələrlə Türkiyəyə qarşı bir mövqe tutur.

Kiprdə yunanların tərəfindədir

Prezident Rəcəb Tayyib Ərdoğanın KKTC-yə səfəri, “iki dövlətli” həll yolunu dilə gətirməsi və qapalı Maraşın bir hissəsinin açılmasına dəstək verməsi ABŞ başda olmaqla Fransa, İngiltərə, İsrail və AB rəsmilərini narahat edib.

ABŞ dövlət katibi Entoni Blinken bir açıqlamasında: “Maraşın bəzi hissələrinin kiprli türklərin nəzarətinə verilməsi qərarını qınayırıq. Çünki bu, həll danışıqlarını davam etdirmək üçün keçmiş öhdəliklərlə ziddiyyət təşkil edir”, deyib. Bu açıqlamadan sonra Fransa xarici işlər naziri Jan-İv Le Drian da: “Türkiyənin danışıqları pozan birtərəfli mövqeyi təxribat məqsədi daşıyır”, deyə bildirib. İngiltərə, İsrail və AB-nin açıqlamaları da eyni istiqamətdədir.

Makron BMT-nin Azərbaycanı haqlı hesab edən qərarlarını dəyişdirmək istəyir

Qeyri-rəsmi məlumatlara əsaslanan bəzi mənbələr qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrini nəzərdən keçirməyi təklif edən yeni bir plan üzərində işləyir. Bu barədə Fransanın “observateurcontinen­tal.fr” adlı saytı da məlumat yayıb. Məsələyə aydınlıq gətirmək üçün qeyd edim ki, BMT TŞ-nin 1993-cü il qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrinqətnaməl­ərində Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının bir hissəsi olduğu göstərilir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmaz olduğu təsdiq edilib və Dağlıq Qarabağın şübhəsiz Azərbaycanın suverenliyi altında olduğu bildirilir.

Qarabağa girmək istəyirmiş

Paris BMT Təhlükəsizlik Şurasının yeni bir qərarı ilə yeni status-kvo formalaşdırmaq istəyirmiş. Bu layihəyə görə, fransız qoşunları Cənubi Qafqaza gələcək və Ermənistan-Azərbayca­n sərhədinə yerləşdiriləcək və hətta fransız əsgərlərin Qarabağa girilməsi də nəzərdə tutulur. Makronun istədiyi budur ki, Ermənistan Fransanın Cənubi Qafqazdakı jandarmına çevrilsin.

Əlbəttə ki, bu gün ortada belə bir vəziyyət yoxdur. Fransız əsgərləri, bəlkə də, Ermənistana yerləşdirilə bilər, lakin bu da çətin məsələdir. Çünki Azərbaycanın razılıq verməyəcəyi halda Fransa ordusunun Qarabağa yerləşməsini düşünmək belə xəyal olar. Nə Paris bunun üçün buna kifayət qədər güclüdür, nə də Rusiya, Türkiyə və Azərbaycan buna imkan verər.

Makron hər dəfə açıqlama verəndə öz arzusunu dilə gətirir. 13 may 2021-ci ildə Facebook səhifəsində erməni dilində bir açıqlama vermişdi: “Azərbaycan silahlı qüvvələri erməni torpaqlarını işğal etdi. Onlar dərhal geri çəkilməlidirlər. Erməni xalqına bir daha deyirəm ki, Fransa sizinlə həmrəydir və bundan sonra da belə davam edəcək”.

Azərbaycan Ermənistan ərazisindən çəkilməli imiş

Bundan iki həftə sonra isə Nikol Paşinyan Parisə getdi. Birgə açıqlamada Makron: “Azərbaycan əsgərləri Ermənistanın suverenliyi altındakı ərazini tərk etməlidir”, deyərək, Ankara və Moskvanın iştirakı ilə əldə olunan 9 noyabr razılaşmasını tanımadığını açıq şəkildə bildirdi. Paşinyan Minsk qrupunun həmsədrlərindən biri olaraq Fransanın Dağlıq Qarabağdakı münaqişənin həllində və bölgədə təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyət daşıdığını vurğulayıb. Lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun 28 ildir həll edə bilmədiyi problem Azərbaycan ordusunun bölgədəki uğurlu əməliyyatları nəticəsində Ermənistanın 44 günün sonunda atəşkəs imzalaması ilə sona çatdı.

Fransa da, ABŞ kimi Türkiyəyə qarşı harmonik bir vahid strategiya izləyərkən, Türkiyənin bu təcavüzkar imperialist cəbhəyə qarşı aydın olmadığını və izlədiyi strategiyanın bir birlik yaratmadığını görürük. Ukrayna siyasəti, KKTC-nin bir dövlət olaraq tanınması üçün lazımi addımları atmaq və Suriya ilə əlaqələr qurmaq Türkiyə üçün bir təhlükəsizlik problemidir və Ankara Rusiya, İran və Çin kimi dost ölkələrlə bu məsələr ətrafında bir inam platforması formalaşdırmağa çalışır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar