Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ter-Petrosyanın Xankəndində Köçəryanla Qarabağa dair gizli razılaşması…-Video

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Xankəndində Qarabağdakı separatçı rejim rəhbərliyi qarşısında İrəvanın ATƏT-in Minsk qrupunun nizamlaması çərçivəsində danışıq aparan tərəf kimi bütün funksiyaları öz üzərinə götürməsinə dair gizli razılaşmanın mətnini oxuduğu tarixi video-görüntülər üzə çıxıb.

Moderator.az xəbər verir ki, bəhs edilən video sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Məlum olur ki, həmin vaxt Ermənistan sözügedən razılaşmanın əvəzində separatçılara “ikinci Ermənistan respublikası”nın erməni əhalisinin tam təhlükəsizliyinin təminatını vəd edib.



Üstəlik, Ermənistan gələcəkdə Laçın dəhlizinin Azərbaycana geri verilməyəcəyi və separatçı rejimin “müdafiə ordusu”nun dağılmayacağı vədini də öz üzərinə götürüb.

Bu görüntülər separatçı-terrorçu rejim rəhbərliyinin 1993-cü ilin yayında Kəlbəcər rayonunu Azərbaycana qaytarmaqdan imtina etməsindən sonra Ter-Petrosyanın Xankəndinə səfəri zamanı çəkilib. O zaman rəsmi Ankara da İrəvana təzyiq edərək blokada ilə hədələyirdi.

Tədbirdə Ermənistanın terrorçu eks-prezidenti prezidenti Robert Köçəryan da iştirak edib. Həmin vaxt o, “DQR” müdafiə komitəsinin rəhbəri olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar