Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

Erməni sosial mediası narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir...

Nikol Paşinyan Ermənistan polis rəisi Kazaryanın  və onlarla polis əməkdaşının müşayiəti ilə Qazax rayonu ilə həmsərhəd Tavuş bölgəsinə gedib.
 
Ovqat.com-un erməni sosial mediasına istinadən verdiyi məlumata görə, Paşinyan səfər çərçivəsində yerli özünüidarəetmə orqanları ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasi və demarkasiyası ilə bağlı məsələləri müzakirə edəcək.
 
Erməni sosial mediası narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir və bu məsələsini yerli hakimiyyətlə razılaşdırmaq, kəndlərdəki əhalini evukasiya etmək niyyətilə bölgəyə yollanıb.
 
“Əgər sərhədlərin delimitasiyası prosesində SSRİ dağılmamışdan əvvəlki sovet xəritələrinə istinad olunacaqsa, Ermənistan Tavuş rayonunda birtərəfli güzəştlərə gedəcək və strateji əhəmiyyət daşıyan bir sıra yaşayış məntəqələrini Azərbaycana təhvil verəcək”, - Telegram şəbəkəsinin erməni seqmentinə aid bəzi səhifələri bu təxminləri irəli sürürlər.

Maraqlıdır ki, Paşinyanın bu səfərindən sonra ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar. Görünür, erməni lideri komandasına Azərbaycana aid torpaqları niyə təhvil verməli olduqlarını başa sala bilməyib. Onun bu niyyətini boykot etmək üçün erməni hərbi qüvvələri təxribatlara başlayıblar. 
 
Bu iddialar öz təsdiqini taparsa, sülh təşəbbüslərinin ermənilər tərəfindən pozulmasını əsas gətirən rəsmi Bakının ölkə ərazilərini işğaldan azadetmə əməliyyatına başlamaqdan başqa yolu qalmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar