Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxda əməliyyat keçirilib: Metamfetamin, heroin və psixotrop həblər müsadirə edilib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Abdullayev tutulub. Onun üzərinə baxış keçirilən zaman heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini Rauf Şabanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. R.Şabanovun ətrafında davam etdirilən araşdırmalarla həmin həbləri tanışı Ələsgər adlı şəxsdən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq Ələsgər Novruzov da saxlanılaraq RPŞ-nə gətirilib. Ə.Novruzovun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik tramadol həbləri aşkarlanıb.

Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Ən çox oxunanalar