Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qazıqurdalı kənd sakini, əvvəllər məhkum edilmiş Bayram Muradov saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 5 kiloqramdan artıq 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Eyni zamanda, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun 1-ci Aşıqlı kənd sakini Teymur İbrahimov və Şəfəq qəsəbə sakini İman Cabbarov saxlanılıb. Onlardan satış məqsədilə 10 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar