Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya tropik qasırğanın hədəfində: Olimpiadanın cədvəlində dəyişiklik ola bilər 

Güclü “Nepartak” qasırğası Olimpiya Oyunlarının davam etdiyi Tokioya leysan yağışlar və böyük dalğalar gətirəcək.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Sakit okeanda formalaşan tropik qasırğa hazırda Hönşü adası istiqamətində hərəkət edir.

Bildirilir ki, tropik qasırğa nəticəsində adanın şərqində, həmçinin Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioya 100-150 millimetr yağıntı düşəcək, dalğaların hündürlüyü isə 6-8 metrə çatacaq.

Qeyd edilir ki, hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, güclü əsdikdə isə 30 metrə çatır. Bildirilir ki, “Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci tropik qasırğadır və onun daha da güclənəcəyi ehtimal olunur.

Tokio Olimpiadasının təşkilat komitəsinin bildirdiyinə görə, qasırğa yarışların cədvəlinin dəyişməsinə səbəb ola bilər. Onlardan bir neçəsinin tarixinin iyulun 26-dan sonrakı tarixlərə dəyişdirildiyi artıq elan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar