Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyada skandal - kommunistlər ayağa qalxdı

Putinə seçkidə rəqib olmuş Pavel Qrudinini qeydiyyata almadılar; Züqanovun partiyası payızda hakimiyyətə ciddi problemlər yarada bilər... 

Rusiyada sentyabrın 17-19-da Dövlət Dumasına keçiriləcək seçkilərdə namizədlərin qeydiyyat mərhələsində ilk skandal qərar Kommunistlər Partiyasını ayağa qaldırıb.  Mərkəzi Seçki Komissiyası partiya siyahısında namizədliyi irəli sürülən Pavel Qrudinin seçki yarışından kənarlaşdırılması barədə qərar verib. Buna səbəb isə Qrudinin keçmiş həyat yoldaşı İrina Qrudinanın MSK sədri Ella Panfilovaya göndərdiyi müraciət olub. İrina Qrudinina məktubunda göstərib ki, keçmiş həyat yoldaşı onu daima təhdid edir və Qrudinin deputat mandatı alarsa, bundan istifadə edərək həyatına yeni təhlükələr yaradacaq. “Bir şeyi dəqiq bilirəm: o, qisasçı, nifrət edən, hər şeyə qadir insandır. Bu müraciət deyil, ürəkdən gələn bir fəryaddır. Məni eşidin: bir MSK sədri kimi deyilsə, bir qadın olaraq. Millət vəkili olduqdan sonra Qrudinin məni yaşatmayacaq. Bunun qarşısını almaq sizin ixtiyarınızdadır - sadəcə bunu anlamalı və haqlı olduğuma əmin olmalısınız”. Keçmiş xanımın vəkililləri isə iddia ediblər ki, Qrudinin xaricdə hesabları var və bunu sənədlərdə gizlədib. Beləliklə, MSK vaxtilə prezident seçkilərində Putinin rəqibi olmuş Qrudinin namizədliyini qeydə almaqdan imtina edib.

Kommunist Partiyasının lideri Gennadi Zuqanov dərhal bəyan edib ki, namizədlərinin qeydiyyata alınması üçün məhkəməyə müraciət edəcəklər. “Əminəm ki, məhkəmə ədaləti bərpa edəcək. Hələ vaxtımız var ”deyə, partiya sədri deyib. Züqanov bəyan edib ki, MSK-nın qərarı tamamilə qanunsuz və anormaldır. 

Kommunist Partiyasının Moskva komitəsinin sədri Valeri Raşkin də deyib ki, Pavel Qrudinin namizədliyinin qeydə alınmaması Rusiya qanunvericiliyinə ziddir: "MSK “Vahid Rusiya”nın maraqları naminə hərəkət edir, buna görə də konstitusiyaya gözücuda baxmır”. Məlumdur ki, müxalifətə yaxın bir sıra təşkilatların üzvlərinin və tərəfdarlarının deputat seçilməsini qadağan edən qanun layihəsini prezident bir müddət öncə təsdiq edib. Həbsdə olan müxalifətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu zatən başqa bir qanuna əsasən, "xarici agent" elan edilib. 

Kommunistlər uzun müddətdir sistem müxalifətinin sırasındadır. Amma 2020-ci ilin yayında  açıq şəkildə konstitusiya referendumuna  qarşı çıxan Kommunist Partiyasına Kremlin münasibəti ciddi şəkildə dəyişdi. Onların Putinin siyasi hakimiyyətinin uzadılmasını da hədəfləyən bu düzəlişlərə heç olmasa bitərəf qalmağı deyil, məhz əleyhinə olmaları Kremllə “qırılma nöqtəsi” hesab edirlər. Züqanovun ölkədəki yoxsulluq, əhalinin azalması və dövlətin mövcud iqtisadi və sosial siyasətinin iflas etməsi ilə bağlı sərt videoları da Kremldə etirazla qarşılanıb.  

Siyasi analitiklər inanırlar ki, Kommunist Partiyası payız seçkilərində federal mərkəzlə qarşılıqlı əlaqədən(sistem müxalifəti olmaqdan) çıxacaq. Bu isə Putin üçün yaxşı heç nə vəd etmir. Züqanovu Qərbə, ABŞ-ın “çevriliş planlarına”, xarici agenturaya  bağlamaq  mümkün olmayacaq. Kremlin nəzarətindən çıxan Züqanov partiyası isə seçkilərdə həmişəkindən daha çox səs toplaya bilər...  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Klintonla Yeltsin Kremlin tualetində araq içib sərxoş olublar...

Ən çox oxunanalar