Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qardaşına görə KQB-ə çağırılır, repressiyadan qurtulur: Abdulla Şaiqin həyatı - Video

Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Abdulla Tiflisdə ruhani məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Abdulla Şaiq anası və qardaşı ilə birgə Xorasana ziyarətə gedib, təhsilini orada davam etdirib.

Bakıya gələn kimi Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşüb. 1901-ci ilin aprelindən müəllimlik fəaliyyəti ilə məşğul olub.

O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.

Bu illərdə qardaşı Yusif Ziya Orta Asiyaya yollanır, orada Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur. Qardaşına görə Abdulla Şaiqə çox böyük təzyiqlər başlayır, müəyyən dövrə qədər ev dustaqlığı yaşayır.

Deyilənə görə, repressiya olunmamasında müəllimliyi onun dadına çatıb. Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmazdan əvvəl xalq komissarı işləyib. O, Abdulla Şaiqi Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun.

40-cı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-ə çağırırlar. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib, sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır.

Qardaşının qanlı köynəyini və üstündə qanı olan Quranı o dünyasını dəyişən il ona göndərirlər. Abdulla Şaiq həmin Quranı ölənə qədər özündə saxlayıb, sonra isə bacısına vəsiyyət edib.

Abdulla Şaiq 1959-cu il iyulun 24-də 78 yaşında Bakıda vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar