Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Braziliyalı jurnalist: “Cəbrayılda yalnız xarabalıq gördük”

“Bu ərazi 30 il işğal altında olub və orada xarabalıqdan başqa heç nə görmədik. Onlar sadəcə torpağı işğal altında saxlayıblar, heç bir şey etməyiblər”.

Bunu “Report”a açıqlamasında braziliyalı jurnalist Fabiana Ceyhan işğaldan azad edilmiş Cəbrayıla və bu şəhərdə ermənilərin dağıtdığı qəbiristanlığa səfərini şərh edərkən deyib.

Cəbrayıl da AğdamFüzuli ilə eyni aqibəti yaşayıb - şəhər erməni işğalından sonra tamamilə dağıdılıb.

“Bu ərazidə Azərbaycan hökuməti böyük bərpa işləri aparmalıdır. Ümid edirəm ki, bu bərpa prosesi ən qısa müddətdə bitəcək və bu ərazilər yeni uğurlu dövrə qədəm qoyacaq”, - o bildirib.

F.Ceyhan Cənubi Amerikanın digər ölkələrindən olan həmkarları ilə birlikdə Şuşaya da səfər edib. Onun sözlərinə görə, işğal zamanı Şuşa məscidində mal-qara saxlanıldığı barədə məlumatdan şoka düşüb:

“Çox təəssüf edirəm, həqiqətən ermənilərin məsciddə mal-qara saxlaması məni dəhşətə gətirdi. Cənubi Amerikadan, Braziliyadan gəlmişəm. Biz orada birlikdə yaşayırıq - xristianlar, müsəlmanlar, yəhudilər və buna bənzər şeylə qarşılaşmırıq. Bunun baş verməsi məni şok etdi. Ölkəmizdə həm məscidlər, həm də kilsələr var və biz bir-birimizə hörmət edirik. Bu səbəbdən bunları eşitmək mənim üçün çox kədərlidir. Ermənilər bunu etməməli idilər. Çünki bir dindir, bir-birimizin inancına hörmət etməliyik. Bu, təkrarlanmamalıdır”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar