Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Pandemiya hələ davam edəcək

"Koronavirus pandemiyası hələ bitməkdən uzaqdır, bir çox Avropa ölkəsində yoluxmaların sayında ciddi artım müşahidə olunur".

PİA.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə relizində deyilir.

“Təəssüf ki, regionumuzun bir çox ölkəsində yüksək keçicilik qabiliyyətinə malik “delta'” variantının yayılması ilə əlaqədar halların sayında əhəmiyyətli artım müşahidə edirik”, - relizdə ÜST-ün Avropa üzrə regional direktoru Hans Klügedən sitat gətirilib.

“Virusun yayılmasının qarşısını almaq üçün ayıq olmalı və sağlam düşüncə ilə hərəkət etməyə davam etməliyik. Bu, fürsət düşən kimi tam vaksinasiya kursundan keçmək, eləcə də məsafəni qorumaq, əlləri yumaq, izdihamlı yerlərdən yayınmaq və ehtiyac olan yerlərdə maska taxmaqdır... Bunları lokdaunun qarşısını almaq üçün tədbir kimi düşünməliyik, çünki bunlar cəmiyyətin əhəmiyyətli hissəsinə lokdauna ehtiyac olmadan xəstəliyin yayılmasının qarşısını almağa yardım edə bilər”, - ECDC direktoru Andrea Ammon deyib.

ECDC və ÜST vaksinasiyanın sürətlə tətbiq olunmasını tövsiyə edir.

“Əldə olan məlumatlar aydın şəkildə göstərir ki, tam vaksinasiya xəstəliyin ağır şəkildə keçməsi və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır”, - H.Klüge qeyd edib. (report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar