Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Suriya hökumətlərarası komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiqlənib.

PİA.az-ın məlumatına görə, Prezident İlham ƏliyevAzərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 580 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər barədə Suriya Ərəb Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar