Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? – Məhkəmədə böyük skandal

General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi, məhkəmə prosesində də inanılmaz olaylar yaşanmaqdadır.

Bu ziddiyyətli məqam Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun artıq mübahisələndirilən ifadələri ilə bağlıdır. Müdafiə tərəfi – yəni R.Əkbərovun vəkilləri bu iki şəxsin ifadələrinin sübut kimi ittiham aktından çıxarılmasını tələb ediblər. Səbəb kimi isə göstəriblər ki, həmin şəxslər bu iş üzrə daha əvvəllər də dindiriliblər və onlar hər dəfə izahat verəndə Rövşən Əkbərovun Ukraynada iş adamı Elmin Əliyevi öldürdüyünü görmədiklərini bildiriblər.

Amma sonuncu ifadələrində həm O.Hacıyev, həm də N.İbrahimov cinayəti Rövşən Əkbərovun törətdiyini və bunu gördüklərini təsdiqləyiblər. Bu, sözsüz ki, böyük skandaldır və mütləq araşdırılmalıdır.

Belə ki, hadisə 2001-ci ildə Ukraynada baş verib və həmin zaman Ukrayna Baş Prokurorluğu işdə şübhəli qismində Rövşən Əkbərovu görərək, Azərbaycan Baş Prokurorluğuna faktları göndərib, istintaq aparılmasını istəyib. İstintaq isə 2003-cü ildə yekunlaşıb, Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün “heç bir əsas” tapılmadığı üçün generala bəraət verilib.

Əsas-sübut tapılmamasına səbəblərdən biri də hadisənin şahidləri olan O.Hacıyev və N.İbrahimovun ifadələridir. Onlar ifadə veriblər ki, R.Əkbərovun qətl törətmələri barədə heç bir məlumata malik deyillər. Ancaq indi bəlli olur ki, O.Hacıyev və N.İbrahimov cinayət faktını nəinki biliblər, hətta bunu R.Əkbərovun törətdiyini də görüblər.

Bu isə həm Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, həm də Nazim İbrahimov barəsində cinayət təqibi başladılmasını zəruri edir.

Əvvəla, ona görə ki, hər iki şəxs qətl barədə bilə-bilə susublar. İkincisi, hüquq-mühafizə orqanlarının apardığı istintaqa mane olublar və istintaqa yalan danışıblar.

Hər bir şəxs istintaqa ifadə verərkən bilə-bilə yalan danışmağa görə məsuliyyət daşıdığı haqda müstəntiqin xəbərdarlığını alır və yazılı şəkildə bu barədə məlumatlandırılıb, altında imza atır. Bu isə o deməkdir ki, şəxs bilə-bilə istintaqa yalan məlumat verirsə, buna görə məsuliyyət daşımağa məhkumdur.

Adıgedən şəxslər cinayət faktını bildikləri halda hüquq-mühafizə orqanlarından nəinki gizlədiblər, hətta istintaqı yayındıraraq, qatilin azadlıqda gəzməsinə, yüksək dövlət vəzifəsi tutmasına şərait yaradıblar. Bu isə birmənalı şəkildə cinayət məsuliyyəti doğurur.

Burda Cinayət Məcəlləsinin ən azı 297-ci maddəsi tətbiq olunmalıdır.

Maddə 297.: Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə:

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burda qətl hadisəsi baş verdiyindən, 297.2-ci maddə tətbiq olunur. Bu isə o deməkdir ki, N.İbrahimov və O.Hacıyevi ən azı 2 ildən 6 ilədək müddətinə həbs cəzası gözləyir.

Ancaq sözügedən şəxslərin cinayət əməli yalnız bununla məhdudlaşmır. Burda həmçinin cinayət haqda məlumatı gizlətmə faktı var və bu da CM-in 307-ci maddəsi ilə məsuliyyət yaradır.

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, xüsusilə ağır cinayət – qətl baş verib və bu cinayət barədə məlumat vermədiyi üçün sözügedən şəxslər haqda CM-in 307.3 maddəsi ilə cinayət işi qaldırılmalıdır. Bunun isə cəzası 2 ildən 5 ilə qədərdir.

Aydın olur ki, cinayəti gizlətmə və hüquq-mühafizə orqanlarını, istintaqı bilə-bilə aldatma ilə cinayət məsuliyyətinə cəlb edilməli olan O.Hacıyev və N.İbrahimov 4 ildən 11 ilədək həbs cəzası ala bilərlər.

Maraqlıdır, onlar barəsində cinayət işi niyə açılmır? Onlar R.Əkbərov tərəfindən təhdidmi ediliblər? Ölümlə hədələniblərmi? Əgər belədirsə, R.Əkbərovun ittihamına CM-in daha bir neçə maddəsi əlavə olunmalı və həmin şəxslər məhkəmədə ifadə verməlidirlər…

Mövzu davam etdiriləcək…(Bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Binə ticarət mərkəzində özbaşınalıq: Ticarət Mərkəzinin ərazisi İrandan olan tacirlərə satılır?

Anım günü qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - Foto

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

Amin Musayev: "Şəhidlər üç gün məni tək qoymadılar" – Video

Şahid: “Hacıbala Abutalıbov layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib”

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar - Video

İctimai birliyin rəhbəri koronavirusdan vəfat etdi

Ən çox oxunanalar