Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” - Elçibəyin oğlu

“Toyuma dəvət edilənlərin siyahısını özüm hazırlamışam, ancaq yaxın qohumları çağırmışam, kənardan heç kimi dəvət etməmişəm”.

PİA.az xəbər verir ki, bunu Modern.az-a yaxın günlərdə toya hazırlaşan mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, qohumlarından əlavə olaraq, bir neçə yaxın dost-tanışını da toya dəvət etdiyini, onların bəzilərinin xaricdən gələcəyini söyləyib:

“Toyda cəbhəçilərdən heç kim olmayacaq, heç kimi çağırmamışam. Sadəcə yaxın dostlarımdan bir neçəsini dəvət etmişəm. Bu qərarı həm də pandemiyaya görə qəbul etdim. Qaydalara əsasən, qonaq sayı az olmalıdır. Bu səbəbdən toya çağırılacaq qonaq sayını artıra bilmirəm”.

Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət edib:

“Kəmaləddin müəllim tərəfindən dəvətimin necə qarşılandığını bilmirəm, dəvətnamə çatıb, yoxsa çatmayıb, heç onu da bilmirəm. Amma Kəmaləddin Heydərovun adına toyuma dəvətnamə yazmışam”.

Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.

Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

pia.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar