Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” atəşkəs üçün bunu tələb edir

“Kabildə razılaşdırılmış yeni hökumət olmayana və hazırkı Prezident Əşrəf Qani getməyənə qədər Əfqanıstanda sülh olmayacaq”.

Bu barədə “Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahin “Associated Press”ə müsahibəsində deyib.

O bildirib ki, Kabildə qarşıdurma tərəfləri üçün qəbul edilə bilən razılaşdırılmış hökumət qurulduqda və Ə. Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq: “Mən aydın şəkildə demək istəyirəm ki, biz hakimiyyətin inhisara alınmasına inanmırıq, çünki Əfqanıstanda keçmişdə hakimiyyəti inhisara almağa çalışan heç bir hökumət uğurlu ola bilmədi. Buna görə də eyni formulu təkrarlamaq istəmirik”.

Danışıqları yaxşı başlanğıc adlandıran “Taliban” sözçüsü qeyd edib ki, hökumət barışıq istəmir: “Onlar bizim təslim olmağımızı istəyirlər. Hər hansı atəşkəsdən əvvəl bizim üçün və digər əfqanlar üçün məqbul olan yeni bir hökumət barədə razılaşma olmalıdır. Sonra müharibə olmayacaq”.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar