Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ olmasaydı, dünya necə bir yer olardı?..

Amerika modeli dünyaya yayılmadı. Bunun əvəzinə, qeyri-demokratik qlobal modellər ABŞ-a qədər yayılmağa davam etdi...

Abdulmunim Said
“Şarkul Avsat” qəzeti, 21 iyul 2021-ci il

İkinci Dünya Müharibəsindən sonra ABŞ yenidən Amerika tarixi üçün yeni olmayan bir mənzərəyə şahid oldu. Sənədlərini, silahlarını və əsgərlərini yığıb Əfqanıstandan ayrılmağa başladı. Məlumdur ki, ABŞ Birinci Dünya Müharibəsi dövründə Avropaya girdi və bir müddət sonra çıxdı. Çünki qələbədən sonra belə, Birləşmiş Millətlər Təşkilatına üzv olaraq başqa bir müharibədən çəkinməyə hazır deyildi. Lakin bunun əvəzində 20 il sonra başqa bir dünya müharibəsində iştirak etməli oldu və zəfər qazanan kimi ABŞ bu dəfə də dünya dənizləri və okeanları ilə yanaşı Avropada, Yaponiyada və sonra Cənubi Koreyada hərbi varlığını qorumağa qərar verdi. Bunu təkcə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmaqla etmədi, həm də pul, iqtisadiyyat, ticarət, sosial inkişaf və mədəni məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar şəbəkəsi qurdu. Hazırda ABŞ kapitalist sistemi demokratik quruluşu, liberalizmin nəhəng gücünü, ingilis dilini və Amerika vizasını digər vizalar arasında ən bahalı və axtarılan vizaya çevirən güclü ixtiraları və yenilikləri dünyaya ötürür. Ancaq bununla da kifayətlənmir. Dünya ABŞ-ın bu hərəkətlərinə və onu Vyetnamda uzun illər davam edən müharibədən sonra geri çəkilməsinə şahid oldu. Şimali və Cənubi Vyetnamın birləşməsindən sonra general Ho Çi Minhin şəhərinə çevrilən Sayqondakı ABŞ səfirliyinin damından havaya qalxan helikopterlərdə ilişib qalan Amerika vətəndaşları və səfirlik işçilərinin səhnəsi həmişəlik Amerikanın yaddaşında qaldı. Bəlkə də, ABŞ prezidenti Co Baydenin qarşısını almaq istədiyi mənzərə də məhz budur. Amerikanın yaddaşında yalnız Vyetnam yer tutmur. Koreya müharibəsi bu gün hələ də yaşayan kommunist Şimali Koreyanın doğulması ilə sona çatdı. ABŞ-ın İraqdakı müharibəsi də Əfqanıstanda olduğu kimi başa çatdı.

Bu dəfə vəziyyət hərbi mülkiyyətə sahib olan və işğal altında qalan bir ölkədən çəkilməyə deyil, Amerikanın liberal demokratik modelinin uğursuzluğuna işarə edir. “Soyuq Müharibə” bitdikdən sonra liberal-demokratik model qalib gəldi və bir çox ölkə bu modelin ətrafına düzüldü. Bununla birlikdə, son 5 ildə sözügedən model qlobal cəhətdən kiçilir və təəccüblü olan budur ki, yerli səviyyədə, yəni ABŞ-ın özündə də geriləməyə davam edir. 2015 və 2019-cu illər arasında 12 ölkə demokratik sistemdən çıxdı, Braziliya, Hindistan, Meksika, Polşa, Macarıstan, Filippin, Türkiyə, Venesuela, Gürcüstan, Myanmar, El Salvador və Peru kimi digər ölkələr isə qeyri-liberal siyasət izlədi. Bəziləri demokratik modeldən tamamilə imtina etdilər. Amerika modeli dünyaya yayılmadı. Bunun əvəzinə, qeyri-demokratik qlobal modellər ABŞ-a qədər yayılmağa davam etdi. ABŞ-da 17 ştatda qəbul edilmiş seçki qanunları ilə bağlı mövcud siyasi mübarizə, bütövlükdə demokratiya məsələsini sınağa çəkir. Seçkilər hər şeydən əvvəl ölkələrin balansını quran, dəyişdirən və onları radikallıqdan uzaq tutan, müdrik bir hakim kimi görən demokratik prosesin mahiyyətidir.

Seçki sistemindəki fikir ayrılıqlarının mənbəyi 2020-ci ildə prezident Baydeni Ağ Evə gətirən, Trampı isə yeni prezidentin qarşılanma mərasimində iştirak etmədən Ağ Evi tərk etməyə məcbur edən səsvermə nəticəsində meydana gəldi. ABŞ-ın 45-ci prezidenti seçkilərin saxtalaşdırıldığını və seçicilərinin öz iradələrini ifadə etməkdə dürüst olmadıqlarını iddia edərək siyasi elita arasında bölünmənin əsasını qoydu. Bu iddiadan sonra Konqres binasına hücum edildi və konqresmenlərin seçki nəticələrini təsdiqləməsinin qarşısını almağa cəhd edildi. Bu cəhd 6 yanvarda kütləvi hücumlarla baş verdi və kütlə ancaq itki verildikdən sonra geri çəkildilər.

Sözügedən təcrübə Trampı hakimiyyətdən uzaqlaşdırmağa müvəffəq olsa da, seçki prosesinin uğuru ilə bağlı bir sıra iddialara səbəb oldu. İddiaların mahiyyəti, seçicilərin, həqiqətən də, Amerika vətəndaşı olub olmadıqları və seçkilərdə iştirak etmək hüquqlarının olub olmaması barədə gedən mübahisələrdir. Demokratların baxışı budur ki, demokratiya yalnız xalqın seçkilərdə iştirakı ilə əldə edilə bilər və bu səbəbdən, seçicilərin iradəsini göstərməsi üçün seçkilərə vaxt və zaman məhdudiyyətlərinin qoyulması uyğun deyil. Digər tərəfdən Respublikaçılar da bunu səs hüququ olmayan mühacirlərin və qaçqınların qanunsuz iştirakına icazə verildiyi üçün demokratik bir hiylə kimi qəbul edirlər. Ştatlara seçki müddətini idarə etmək gücünü verən ABŞ federal sistemi bütün məsələni məhkəmə orqanlarına, daha sonra da qanunverici orqanlara tapşırıb. Məqsəd də Amerika cəmiyyətindəki yeni və demokratik qrupların iştirakını məhdudlaşdıran qaydaların yaradılması idi.

Demokratlar və Respublikaçılar arasındakı qarşıdurma Amerika demokratiyası və liberalizmi ilə əlaqəli başqa bir məsələni də gücləndirir: son illərdə ABŞ-da şiddətlə gündəmə gətirilən irqçilik...

Tarixən də məlum olduğu kimi, Birləşmiş Ştatların İstiqlal Bəyannaməsində bərabərlikdən bəhs edilmişdi. Lakin buna baxmayaraq, konstitusiyası köləlik institutunu tanıyırdı. İkincisi, kölələr faktiki olaraq yalnız Vətəndaş Müharibəsindən (1860-1865) sonra azad oldular. Üçüncüsü, buna baxmayaraq, kölə və qaradərili amerikalıların yaşam şərtləri “Jim Crow” adlandırılan qanunlara görə çox dəyişmədi. Düzdür, bu qanunlar azad insanlar arasında “bərabərlik” qaydasını təsdiqləyir. Lakin digər tərəfdən, ayrı-seçkilik qaydasını da qəbul edir və mənimsəyir. Bu qaydaya görə, qaradərili vətəndaşlar tarixən mühasirədə olan icmalarda yaşamalı və seçkilər də daxil olmaqla, bütün məsələlərdə məhdudiyyətlərə məruz qalmalı idilər.

Bu tarix indi ABŞ-dakı münaqişə və ziddiyyətlə iç-içə keçmiş vəziyyətdədir. Afro-amerikalıların böyük əksəriyyəti Demokratlar Partiyasını dəstəklədiyi üçün Respublikaçılar məhdudlaşdırıcı texniki vasitələrlə onların və digər azlıqların səs hüquqlarını zəiflətməyə çalışırlar. Bunu yaşayış yerlərindən uzaq seçki qutuları qurmaq, seçicilər üçün xüsusi sənəd tələb etmək və ya poçtla səs verməyi məhdudlaşdırmaq yolu ilə etməyə çalışırlar. ABŞ-dakı bu mübahisələr digər ölkələrdən o qədər də fərqli deyil. Demokratlar Respublikaçıların ABŞ-ı nüfuzdan saldığını iddia etsələr də, xüsusən keçmiş prezident Trampın tərəfdarları, görünür, ABŞ-ın nüfuzuna əhəmiyyət vermirlər. Onların qaydalarına görə, ABŞ heç kimdən yaxşı nüfuz gözləmir.

Seçki sistemi, irqçilik, ABŞ Senatında tərəflərə əsas səsverməni ertələmək imkanı verən və beləliklə, demokratik qanunvericiliyin Respublikaçılara keçməsinə mane olan Filibaster tətbiqi ilə bağlı mübahisələr və qarşıdurmalar ABŞ-ın dünyadakı mövqeyinə və nüfuzuna xələl gətirir. İndi ABŞ-ın Əfqanıstandan çıxması da onun dünyadan çıxışını əks etdirir. Bundan əlavə, bu durum, bəlkə, hərbi varlıqla da məhdudlaşmayıb, hətta ABŞ-ın dünyaya verdiyi mesajı da əhatə edə bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Bayden

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar