Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Konfrans Liqası: "Qarabağ" İsrail klubu ilə heç-heçə etdi

"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

PİA.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda İsrailin "Aşdod" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

5-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Xayme Romeronun zərbəsi qapının üstündən keçib. 7 dəqiqə sonra Filip Ozobiçin cərimə zərbəsini rəqib qapıçı Yoav Jafari dəf edib. Hissənin sonlarında Xayme Romero qola yaxınlaşsa da, top çərçivəyə düşməyib. İlk yarıda Ağdam təmsilçisi üstün tərəf olsa da, hesab açılmayıb.

Fasilədən sonra "köhlən atlar" təzyiqi daha da artırıb. 47-ci dəqiqədə Romeronun cərimə meydançasında endirdiyi zərbə qeyri-dəqiq alınıb. 56-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, bu cəhdi baş tutmayıb. Daha sonra Abbas Hüseynov 61-ci dəqiqədə qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. 79-cu dəqiqədə Xayme Romeronun da cərimə zərbəsi qapının üstündən keçib. İsrail təmsilçisi ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməyə çətinlik çəkib.

82-ci dəqiqədə Maksim Medvedev rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 29-da İsraildə olacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

İlham Əliyev: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Erməni xalqı yasda: Paşinyanın oğlu festivalda çaxır içir - Foto

Tanınmış professor 55 yaşında dünyasını dəyişib

"Bizim belimizi bu əməliyyat qırdı..." - Ermənilərdən yeni etiraflar

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimdir? - Foto

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Gözlənilən Ərdoğan-Putin görüşü – İki lider ortaq məxrəcə gələ biləcək?..

Ən çox oxunanalar