Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda acınacaqlı vəziyyət:Pomidor və xiyarı 10 qəpikdən satırlar

İndiyədək istehsal olunan məhsulun təqribən 10 faizi Rusiya, Ukrayna bazarlarına göndərilib.

Göyçayın istixana təsərrüfatlarında cari ilin ötən müddətində 20 min 612 ton məhsul istehsal olunub və hazırda yığım davam edir.

Rayon icra hakimiyyətindən bu barədə Valyuta.az-a verilən məlumatda bildirilir ki, Göyçayda 5550 istixana təsərrüfatı var. Bu təsərrüfatlarda 277,5 hektar sahədə əkin aparılır.

Sahibkarlar əsasən pomidor və xiyar yetişdirirlər. 2021-ci ilin ötən müddətində 255,4 hektar pomidor sahəsindən 19 min 200 ton, 22,1 hektar xiyar sahəsində isə 1412 ton məhsul götürülüb.

Rayonun əksər bölgələrində, xüsusilə Şəkər, Ləkçıplaq, Mırtı və bir sıra digər ərazi icra nümayəndəliyində fermerlər və fiziki şəxslər bol məhsul yetişdiriblər. İndiyədək istehsal olunan məhsulun təqribən 10 faizi Rusiya, Ukrayna bazarlarına göndərilib. Qalan hissəsi isə yerli bazarlara çıxarılır.

Hazırda bölgədə pomidor və xiyarın topdansatış qiyməti 15-30 qəpikdir. Bəzən qiymətlər 10-20 qəpiyədək enir. (valyuta)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar