Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinin iştirak­çısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

PİA.az xəbər verir ki, tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respubli­kasının Prezi­den­ti, Azərbaycan tarixinin ən böyük sərkər­dəsi İlham Əliye­vin Müzəffər Ali Baş Koman­danlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Si­lahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs tor­paqları­mızın azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüş­məsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­ması ilə qürur duymasını xüsusi vurğulayıb.

DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşı­sında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşmən­dən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edə­rək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi ola­raq yad­daşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin İran İslam Respublikası və Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mü­rək­kəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarımızı ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgər­lərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.

Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, müqəddəs sər­hədlərimizi qorumaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları hər zaman layiqincə icra etmələri xüsusi qeyd olunub.

Təltif edilən hərbi qulluqçular adından çıxış edən əsgər Sadiqov Sadiq Eldəniz oğlu xidməti fəaliyyətlərinə ən ali səviyyədə verilən qiymətə görə min­nət­dar­lıqlarını bildirib, ehtiyata buraxıldıqdan sonra da Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüv­və­lərimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müsəlləh əsgərləri olaraq qalacaqlarına və sərhədçi şərəfini qürurla daşıyacaqlarına söz verib.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhə­ri­nin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə orden və medallar təqdim olun­ub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çə­kil­miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar