“Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iyulun 20-də Moskvada görüşəcək”
TASS əbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələr aparılacaq. Tərəflər həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın tam həyata keçirilməsini və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki mövuları danışacaqlar.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün verdiyi açıqlamasında Prezident İlham Əliyevin Moskvaya işguzar səfərə gələcəyini təsdiqləmişdi.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri gözlənilir.
TASS agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, işgüzar səfərdir.Biz mövqelərimizi uzlaşdırırıq”, - deyə Dmitri Peskov vurğulayıb.
Vladimir Putinin sözçüsü əlavə edib ki, səfər zamanı hər hansı sənədin qəbul edilməsi planlaşdırılmır.
pia.az