Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin “ABŞ geri döndü” şüarına, “Əlvida, ABŞ” şüarı ilə qarşılıq verilir?

Co Bayden prezidentliyinin ilk günlərindən “Amerika geri döndü”, “Diplomatiya geri döndü” və “Plüralizm geri döndü” kimi şüarlarla manevr etməyə başladı. Bu şüarlar Trampın gedəcəyi günü gözləyənlər tərəfindən bəyənildi. Ancaq bu şüarlar həyata keçirildikdə, bunların qarışıq və bəzən ziddiyyətli siqnallardan başqa bir şey olmadığı ortaya çıxdı...

Emir Tahiri
“Şarku'l Avsat” qəzeti, 16 iyul 2021-ci il

ABŞ-dakı prezidentlik müddəti 6 aylıq dövrlərlə birlikdə səkkiz hissədə təhlil edilir. Çünki Ağ Evdəki adam öz proqramını həyata keçirməyə çalışarkən, ya da ən azından elə bir mənzərə yaradarkən siyasətin minalanmış sahələrini də müzakrə edərək incləməlidir.

ABŞ prezidentlərinin tarixi onu göstərir ki, prezidentlər birinci 6 ayın ilk 3 ayında daha aktiv və təsirli olurlar. Çünki Konqresin ara seçkiləri 4-cü ayda keçirilir və bu proses çox vaxt özü ilə birlikdə kompleks dəyişikliklər gətirir. 5-ci və 6-cı hissələrdə isə bir baxışı olan məmurun dəstək qazanma qabiliyyətindən asılı olaraq, daha məhdud problemlər olur. 7-ci, yəni sonuncu hissəyə gəldikdə, bu hissələr qarşıdakı prezident seçkilərinə və ikinci dövrü qazanmaq üçün lazım olan strategiyaya həsr edilir.

Co Bayden bu 8 mərhələdən birincisini tamamladı, lakin bu, ən azı xarici siyasət baxımından çox da parlaq bir dövr kimi görünmür.

Co Bayden prezidentliyinin ilk günlərindən “Amerika geri döndü”, “Diplomatiya geri döndü” və “Plüralizm geri döndü” kimi şüarlarla manevr etməyə başladı. Arnold Şvarzneggerin məşhur “Mən qayıdacağam!” vədini xatırladan bu şüarlar xalqa təsirli göründü və Trampın gedəcəyi günü gözləyənlər tərəfindən bəyənildi. Ancaq bu şüarlar həyata keçirildikdə, bunların qarışıq və bəzən ziddiyyətli siqnallardan başqa bir şey olmadığı ortaya çıxdı.

ABŞ-ın Koruoalldakı G7 zirvəsinə geri qayıtması doğrudur, ancaq bu görüş təkcə bir sıra fotoşəkil və Kraliça ilə Vindzor sarayında bir günorta keçirməkdən ibarət idi. İngiltərə baş naziri Boris Conson gündəmə hakim oldu və hətta bir dəfə prezidentin səhvini düzəltməyə də cəhd etdi. Sammitdə iqlim dəyişikliyi haqqında çox danışılsa da, əsas qərarlar Consonun Qlazqoda ev sahibliyi edəcəyi qlobal iqlim sammitinə saxlanıldı. Kasıb ölkələrə çox sayda Covid-19 peyvəndi bağışlamaq vədi manşetlərə çıxarılsa da, bu səxavətli hərəkəti real səfərbərliyə çevirmək üçün lazım olan maddi-texniki dəstəyin və təlim keçmiş kadrların olmaması heç nəzərə alınmadı.

Co Bayden NATO zirvəsinə də “plüralizm” vədləri ilə qatıldı. Lakin ABŞ prezidenti “Taliban” ilə etibarlı bir razılaşmanı gözləmədən Trampın Əfqanıstandan çəkilmə vədini yerinə yetirməkdə qərarlı idi. Nəticədə, bir çox müttəfiq müxtəlif tonlarda öz çəkilmə planlarını hazırlamağa qərar verdilər. Türkiyə isə bir az daha davam etməyə qərar verdi. Müttəfiqlər Bayden tərəfindən verilən dayanma əmrini son tarixdən aylar əvvəl ildırım kimi düşəcəyini bilmirdilər. Əfqanıstan müttəfiqləri “ABŞ geri döndü” şüarının “Əlvida ABŞ” halına gəlməsinə sevindilər. Rəsmi tətil olmadı və göz yaşı tökülmədi. Yüksək vəzifəli bir əfqan müttəfiqin sözləri ilə desək, amerikalılar Kabildəki hökümət rəhbərliyinə xəbər vermədən oranı “gecə vaxtı bir oğru kimi” tərk etdilər.

Vəziyyət bu böyük əfqan müttəfiqin dediklərindən daha pis idi. Oğru tətilə getdi və bir gecə oğurlanmış əşyaları da yanına alaraq yoxa çıxdı. Baqramdan qaçan amerikalılar geridə zirehli texnika, çoxsaylı silahlar və çoxlu miqdarda qida və geyim də daxil olmaqla, möhtəşəm “Əli Baba” kolleksiyalarından ibarət bir mağara qoydular. Qalan məhsulların bir qismi “Taliban”ın narkotik və qaçaqmalçılıq şəbəkələri vasitəsilə Əfqanıstanın cənubu və Pakistanın şimalındakı qara bazarlarda özünə yer tapdı.

ADP_3_UKRAINE-CRISIS-RUSSIA-PUTIN-scaled-e1626374064578-1024x740.jpg" />

Bayden, həmçinin, NATO sammitində müttəfiqlərinə Rusiya ilə münasibətdə Vaşinqtona baxmalı olduqlarını və Vladimir Putinlə şəxsən məşğul olacağını söyləmişdi. Bəzi amerikalı tənqidçilər bunu Bayden üçün uğurlu hesab edərkən, “Vaşinqton Post” “Bayden Putinin üzündəki təbəssümü sildi!” iddiasını ortaya atdı. Ancaq Putin üzündə rişxənd dolu təbəssümlə görüşü tərk etdi. Co Bayden iki ölkə arasındakı diplomatik deportasiya problemini bağlamağa razı oldu və Trampın mübahisəli Rusiya qaz kəməri ilə bağlı vetosunu ləğv etdi. Həm də Putindən kiberhücumların hədəfinə çevrilməməsini xahiş etdiyi 25 ABŞ obyektinin siyahısını təqdim edərək daha da təəccüblü bir addım atdı. Görəsən, bu, o deməkdir ki, Putin “çox həssas hədəflərdən” qaçdığı müddətdə kiber fəsadlarla sərbəst şəkildə məşğul olacaq? Putin üzündə geniş bir təbəssümlə Ukrayna üzərindəki təzyiqi artırmaq, Viktor Lukaşenkoya dəstək olmaq, tarixin ən böyük nüvə sualtı gəmisinin üzərindəki pərdəni qaldırmaq və hətta ingilis hərbi gəmisini Ukrayna sularında batmaqla təhdid etməklə evə qayıtdı.

Səlahiyyət müddətinin səkkizdə biri sona çatan Bayden Rusiya və ya Çinlə münasibətlər strategiyasını hələ açıqlamayıb. Onlara müntəzəm olaraq düşmən rəqib və hətta Tomas Ceffersonun dediyi kimi “ən böyük düşmən” kimi ifadələrlə hücum edilir, lakin Cinə qarşı nəyi, necə etməli gərəkdiyi izah edilmir.

Digər tərəfdən, ABŞ-ın artıq mövcud olmadığı başqa yerlər də var. Fransa və Rusiya ilə yanaşı, ABŞ da Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin qarantı olmuşdu. Ancaq son müharibə, xaos və Rusiyanın regionda güclənməsini və genişlənməsini nəzərə alsaq, ABŞ-ın yoxluğu bu bölgədə açıqca nəzərə çarpır.

Həmçinin, Şimali Koreya lideri Kim Çen Inın Donald Trampa verdiyi son mənasız vədləri basdıraraq keçmiş siyasi kursuna geri qayıtdı. Bayden Yəməndəki Xomeyninin himnini səsləndirən Husi üsyançılarının böyüməsinə məhəl qoymadı və normallaşma və ya demokratik qüvvələrə dəstək siyasətini tətbiq etmədən, Nikolas Maduroya qarşı Venesuelada təzyiqini azaltdı.

Vyanada İran İslam Respublikası ilə bağlanmış, lakin zəif öyrənilmiş nüvə razılaşması danışıqlarında “ABŞ geri döndü” şüarı yenidən gündəmə gəldi. Hətta burada da Baydenin nümayəndələri nə edəcəklərinə əmin deyildilər. İlkin fikir Trampın tətbiq etdiyi sanksiyalara son qoymaq və bununla da “mülayim” adlandırılan qrupun İrandakı son prezident seçkilərində təsirli olmaq şansını artırmaq idi. Ancaq bu olmadı və “mülayim”lər məğlub oldu. Bayden Trampın sanksiyalarını qaldırmaqla İranın təcavüzkarlığını təşviq etmək və ya avropalı müttəfiqlərinin qarşı çıxdığı daha sərt sanksiyalar tətbiq etmək arasında qaldı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar