Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

“Rəsmi qurumlar illərdir görmür ki, Azərbaycanda “patı” yayılır?” - İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə “Reaksiya TV”də qonaq olub.

PİA.az xəbər verir ki, o, son aylarda Azərbaycanda narkotikin, xüsusilə “patı”nın məşhurlaşmasından və kütləvi satışından danışıb.

İ.Ağazadə narkotikin satışına dövlət qurumları və onların adamları tərəfindən icazə verildiyini bildirib: “Azərbaycanda narkotik səlahiyyətli dövlət qurumlarının və adamlarının, səlahiyyətli dövlət orqanlarının icazəsindən kənar yayılmır. Ciddi və ağır faktordur. DTX, polis və s. orqanlar illərdir görmürdülər ki, Azərbaycanda “patı” yayılır? Sərhəddən keçirsə, sərhəd qoruyucuları hara baxır. Necə olur ki, rahat şəkildə ölkəyə keçirilir? İndi burda hazırlayırlar. Deyilənə görə, gündə 3 kq-a yaxın hazırlanır. Kəndlər var ki, kütləvi şəkildə yayılıb. Görmürdülər ki, kimin əli ilə ortaya çıxarılır? Camaat, vətəndaş hər şeyi bilir. Bunun arxasında xüsusi qüvvələr var. Hakimiyyətin biləvasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır.

Əvvəlcə bu qüvvələri sıradan çıxarmaq lazımdır. Ölkədə “patı”, “şüşə” özbaşına ortaya çıxıb? Şəhərin mərkəzində olan apteklərdə “patı” satılır. Kimindir o apteklər və niyə satışına icazə verilir? Əvvəllər təkcə “Papanin”də satılırdı, indi Bakının hər yeri “Papanin”dir. Şəhərin bütün küçələrində kameralar var. Görmürlər ki, necə satılır? Niyə qarşısını almırlar? Çünki bundan pul qazanırlar. Yadınızda saxlayın ki, o pul bunu satanların balalarının burnundan gələcək. Çünki o, başqasının balalarını pis vəziyyətə salır. Kəndlər var ki, ata və oğul bir yerdə narkotikdən istifadə edir. Azərbaycanda plantasiyalar var ki, kimlərinsə nəzarətindədir. Bakı Ağır Cinayətlər məhkəməsində 5 hektar narkotik plantasiyasına görə həbs edilən adamdan sonra bilmirdilər ki, o hansı rayondadır, kimin nəzarətindədir? O plantasiyada adam da öldürülmüşdü. Amma araşdırılmadı. Peşəkar narkomanlar yeni insanlar cəlb etməklə əslində öz narkotik tələbatlarını ödəyirlər. Çünki pulları bitir və yeniləri yığmaqla bunu sığortalayırlar.

Vaxtında narkomaniya haqqında qanun qəbul edilməsini istədim, amma rədd etdilər. Dedim ki, narkotikdən istifadə edənləri qeydiyyata alın. Milli Məclisdə qəbul edilmədi. Qeydiyyatdan kənar kim narkotik istifadə etsə, 15 ilə qədər həbs verilməli olduğunu irəli sürdüm. Ölkədə bir narkoman qalmazdı. Gülürdülər ki, narkotiki rəsmiləşdirmək istəyirsiz. Axı bu daha doğru olardı. Hansısa kənddə narkoman vəsiqəsi olan insanı hər kəs tanıyacaqdı və ona qız verməyəcəkdilər, kiminsə balasını bədbəxt etməyəcəkdi. Ya islah olunacaq, ya da hökumət də biləcək ki, filankəs narkomandır və ona narkotik istifadəsi üçün yer verəcək. Sən narkotikə icazə verib istifadə üçün yer qoymayanda camaat “patı”ya qurşanacaq”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-nun iki əməkdaşının bıçaqlanmasının səbəbi bilindi - Yenilənib, Foto

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

"Ola bilsin, nazir də dəyişilsin, mülki şəxs gətirilsin”

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

Payızda referendum iddiası - Hakimiyyət niyə konstitutsiya islahatlarına ehtiyac duyur?

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Peterburqda 16 yaşlı Murad qarpıza görə 19 yaşlı oğlanı öldürdü

Ən çox oxunanalar