Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Makronun Ermənistana səfəri... - Paris Kremlə mesaj verir, yoxsa sərhəd gərginliyinin səbəbi oytaya çıxır?..

Son günlərdə sərhəddə atəşkəsin pozulması fonunda Makronun Ermənistana baş tutacaq səfəri nəyə işarədir?..

Politoloq: “Makronun Ermənistana səfərinin ilk məqsədlərindən biri seçkilərdən sonra Paşinyana dəstək verməkdir”.

“Makron və Paşinyan görüşünün ana xəttini Qarabağ məsələsi təşkil edəcək. Bu günlərdə Şuşanın atəşə tutulması da bununla bağlı ola bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Fransa prezidenti Emanuel Makronun Ermənistana gözlənilən səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək. Bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.

Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.

Bəs işğaldan azad edilən, hələlik isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası sayılan ərazilərimizdən qanunsuz erməni silahlı biləşmələrinin açdığı atəş və hücum cəhdlərinin fonunda Makronun Ermənistana baş tutacaq səfəri nəyə işarədir? Həmçinin Makronun Ermənistana səfərini xarici qüvvələrə, xüsusilə də Kremlə verilən bir mesaj kimi dəyərləndirmək olar?

Makronun Ermənistan səfərinin məqsədlərini PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Fransa prezidenti Paşinyanın daxili düşmənlərinə, Ermənistanda marağı olan qüvvələrə, təbii ki, ilk növbədə Rusiyaya, həmçinin ABŞ və İngiltərəyə Ermənistanı Fransanın təsirində olan bir ölkə kimi göstərmək istəyir”.

Makron və Paşinyan görüşündə “Zəngəzur dəhlizi”nin açılmasının, “Şuşa bəyannaməsi”nin də müzakirə ediləcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, səfər zamanı Türkiyənin bölgədə artan mövqeyinin qarşısını almaq üçün Fransanın Ermənistanla birgə səyləri də müzakirə oluna bilər:

“Fransa prezidenti Emanuel Makronun Ermənistana səfərində bir çox məqsədlər ola bilər. Səfərin açıqlanan gündəliyi və məxfi tərəfləri olacaq. Təbii ki, məxfi olan məsələləri yalnız Paşinyan-Makron və nümayəndə heyətinin bəzi üzvləri biləcək.

Düşünürəm ki, Makronun Ermənistana səfərinin ilk məqsədlərindən biri seçkilərdən sonra Paşinyana dəstək verməkdir. Əgər Paşinyan hansısa məsləhət almaq istəsəydi Fransaya gedərdi. Amma beynəlxalq aləmdə söz sahibi olan Fransa kimi dövlətin başçısının Ermənistana səfər etməsi onu göstərir ki, Makron Paşinyana hansısa məsələlərdə məsləhət verəcək və ona tam dəstəyini nümayiş etdirəcək.

Fransa prezidenti Paşinyanın daxili düşmənlərinə, Ermənistanda marağı olan qüvvələrə, təbii ki, ilk növbədə Rusiyaya, həmçinin ABŞ və İngiltərəyə Ermənistanın Fransanın təsirində olan bir ölkə kimi göstərmə istəyir. Yəni bu səfərlə verilən mesaj daha çox Rusiyaya və digər böyük dövlətlərədir və Makron bu münasibətlərin belə də davam edəcəyini və daha da dərinləşəcəyini nümayiş etdirmək istəyir.

Nəzakət Məmmədova: “Fransa dövlətinin Ermənistanda təkcə siyasi maraqları yoxdur. Fransanın Ermənistanda həm də böyük iqtisadi maraqları var”.

Mənim burada Rusiya ilə bərabər ABŞ və İngiltərənin adını çəkməyimin səbəbi var. Bildiyimiz kimi dünyada anglo-sakson və frank sivilizasiyaları arasında mübarizə gedir. Ermənistanı da həm anglo-saksonlar, yəni ABŞ və İngiltərə, həm də franklar, yəni Fransa nəzarətində saxlamaq istəyir. Lakin hazırda Ermənistana Rusiya edir və öz nəzarətini burda saxlamaq üçün bütün imkanlardan yararlanmağa çalışacaq. Bu üç güc mərkəzinin - anglo-saksonların, frankların və Rusiyanın Ermənistan uğrunda mübarizəsində Fransa önə çıxmaq istəyir. Qeyd edim ki, Fransa Paşinyanın qnövbədənkənar seçkilərdə qalib qalib gəlməsindən sonra Ermənistana səfər edən ilk dövlət başçısı olacaq və bu xüsusi məna daşıyır.

Makronun Ermənistana səfərində təbii ki, Qarabağdakı vəziyyət də müzakirə olunacaq. Amma o da qeyd edilməlidir ki, Fransa dövlətinin Ermənistanda təkcə siyasi maraqları yoxdur. Fransanın Ermənistanda həm də böyük iqtisadi maraqları var. Adətən Fransa prezidentləri haqqında deyirlər ki, onlar biznes nümayəndələrinin rəhbəridir. Buna görə çox güman ki, səfərdə Ermənistan iqtisadiyyatına Fransanın yeni investisiyalar yatırması da müzakirə olunacaq.

Nəzakət Məmmədova: “Makron Paşinyandan Rusiya səfərinin detallarını öyrənməyə çalışacaq. Yəni Rusiyanın Paşinyana təklifini bilmək istəyəcək”.

Ümumilikdə Makronun Ermənistana səfərində bu məqsədlər ola bilər:

1. Paşinyana siyasi dəstək;

2. Ermənistanda Fransanın yeni investisiya layihələrinin olması üçün zəmanətlər almaq. Yəni Fransada olan varlı ermənilər Fransa dövlətinin dəstəyini alaraq Ermənistana investisiya yatırmaq istıyir;

3. Makron və Paşinyan görüşünün ana xəttini Qarabağ məsələsi təşkil edəcək. Bu günlərdə Şuşanın atəşə tutulması da bununla bağlı ola bilər. Yəqin ki, Makron Minsk qrupunun fəaliyyətini bərpa etmək istəyəcək. Fransanın ən böyük arzusu Qarabağda statusun yenidən gündəmə gətirilməsidir.

Eyni zamanda görüşdə “Zəngəzur dəhlizi”nin açılmasının, “Şuşa bəyannaməsi”nin də müzakirə ediləcəyi gözlənilir. Həmçinin Türkiyənin bölgədə artan mövqeyinin qarşını almaq üçün Fransanın Ermənistanla birgə səyləri də müzakirə oluna bilər.

4. Məlumdur ki, Paşinyan seçkidən sonra Rusiyaya səfərə getdi. Bu da o deməkdir ki, Paşinyan Putinlə sövdələşmələr aparıb. Paşinyan Ermənistanda özünün hakimiyyətinə qarşı olan daxili və xarici düşmənləri neytrallaşdırılmaq istəyir. Makron Paşinyandan Rusiya səfərinin detallarını öyrənməyə çalışacaq. Yəni Rusiyanın Paşinyana təklifini bilmək istəyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-nun iki əməkdaşının bıçaqlanmasının səbəbi bilindi - Yenilənib, Foto

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

"Ola bilsin, nazir də dəyişilsin, mülki şəxs gətirilsin”

Payızda referendum iddiası - Hakimiyyət niyə konstitutsiya islahatlarına ehtiyac duyur?

Peterburqda 16 yaşlı Murad qarpıza görə 19 yaşlı oğlanı öldürdü

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

Vüqar Zeynalov Səbail rayonuna icra başçısı təyin olunandan sonra milyonluq villanı nəylə tikib?

Ən çox oxunanalar