Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio-2020-dəki qadın bayraqdarımız Fəridə Əzizova: “Dəstək olmadılar...”

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı taekvondo idman növündə (67 kq) təmsil edəcək Fəridə Əzizovanın Yenisabah.az saytına müsahibəsi:

- Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində üçrəngli bayrağımızı daşımaq qadın idmançımız olaraq Sizə həvalə edilib. Bununla bağlı hisslərinizi bölüşə bilərsinizmi?

- Mən həmişə birinci olmağı sevmişəm. Taekvondoda da lisenziya qazanmış ilk qadın idmançı olaraq adımı tarixə yazdıra bildim. Bunun kimi bir çox şeylər olub. İlk qadın bayraqdar olaraq seçilmək böyük bir məsuliyyətdir. Həm də mənim üçün ayrı bir sevinc və şərəf hissidir.

- Pandemiya səbəbindən bir müddət məşqləriniz dayandırıldı. Daha sonra fiziki cəhətdən özünüzü bərpa edə bildinizmi?

- Pandemiya zamanı 1 ilə yaxın biz məşq edə bilmədik. Açıq hava şəraitində etdiyimiz məşqləri professional məşq saymıram. Çünki milli komandanın məşqləri çox çətin keçməlidir. Buna görə də pandemiya zamanı etdiyimiz məşqlər sadəcə bədəni aktiv və formada saxlamaq üçün edilən məşqlər idi.

O məşqlərlə hər hansı bir yarışa qatılmaq barədə söz belə gedə bilməzdi. Fiziki cəhətdən özümüzü toplamaq çətin oldu. Formaya qayıtmağa başladığımız zaman mən ciddi zədələndim. Dizimdəki meniskinin 2-ci dərəcəli yırtığı və bağda hissəvi yırtığa görə bir turniri buraxmalı oldum. Eyni zamanda 1 ay yarım məşqlərdən kənarda qalmalı oldum. Avropa çempionatına 2 həftə qalmış məşqlərə başladım və çempionata qatıldım. Bir sözlə fiziki cəhətdən bərpa olunmağım bir az çətin oldu.

- Hazırda ciddi travmalarınız varmı? Onlar sizə döyüşmək üçün mane ola bilərmi?

- Zədələr hər zaman var. Hal-hazırda yarışa 3 həftə qalıb və mən 2 həftədir ki, müalicə alıram. Təəssüflər olsun ki, arxa ayaq əzələlərini yırtmışam və buna görə də məşq yoldaşlarımdan geri qalmışam.

"Mənə mane ola bilərmi?" – İnşallah ki, olmaz. Artıq reabilitasiyadan keçmişəm. Yavaş-yavaş sağalıram. Yarış gününə kimi İnşallah ki, tam sağalacam və formada olacam.

Dəfələrlə olub ki, zədələrlə yarışa çıxmışam. Lisenziya yarışına bir həftə qalmış da sol ayağımın əzələsini dartmışdım və orda demək olar ki, məşq edə bilmirdim. Həkim icazə vermirdi. Sadecə yarış günü təpik ata bildim. Toparlanacam və yarış günü var gücümü ortaya qoyacam.

- Müsahiblərinizin birində "Uğurlu nəticə əldə edəndə hansı hisslər yaşayırsan?" - sualına:

“Təsəvvür edin ki, səhər oyanmısız işğal olunan torpaqlarımız geri qaytarılıb və bütün ölkə bunu bayram edir, hər yerdə insanların bayrağımızla gəzdiyini görürsünüz. O, anda hansı hissləri keçirərsiniz? Məhz mən də hər dəfə kürsünün ilk pilləsinə qalxıb, himni səsləndirəndə həmin hisslərə bürünürəm”, – deyə hisslərinizi ifadə etmişdiniz. Və biz artıq bu hissləri yaşağa müvəffəq olduq...

Artıq olimpiadada qalib ölkəni təmsil edən idmançı kimi iştirak edəcəksiniz. Bu dəfə hissləriniz necə olacaq?

- Bəli, bu suala hər zaman eyni cavabı vermişəm. Şükürlər olsun Allaha ki, Müzəffər Ordumuz bizə bu hissləri yaşatdı. Sağ olsunlar, var olsunlar.

Olimpiadanın qələbəsini İnşallah medalı qazanandan sonra biləcəm. Və ondan sonra hisslərimi sizinlə bölüşə bilərəm.

Özüm də bilmirəm, orada hansı hissləri keçirəcəm. Mənə də çox maraqlı və müəmmalıdır.(gülür)

- Yəqin ki, xarici idmançılardan dostlarınız və tanışlarınız var. Müharibə dövründə sizinlə əlaqə saxlayıb, maraqlanır və yaxud informasiya savaşımıza onlar da qatılırdılarmı?

- Bəli, xarici idmançılardan tanışlarım çoxdur. Təəssüflər olsun ki, heç biri yazmadı və dəstək olmadı...

- Bu sizin üçüncü olimpiadanız olacaq. Bu dəfə artıq qızıl medalı alacağınıza inanırsınızmı?

- Qeyd etdiyiniz kimi, 3-cü olimpiadam olacaq. Atalar üçdən deyib. İnanıram və hədəfim qızıl medaldır. Ama yenə də Allah bilən məsləhətdir. Qismətdən qaçmaq olmaz.

Ora qızıl medal almağa gedəcəm. Buna görə, əlimdən gələni edəcəm və sona qədər döyüşəcəm. İnşallah ki, Azərbaycanın hesabına qızıl medal yazdıra bilərəm. Ən pis halda oradan medalsız qayıtmayacam.

- Rəqiblərinizi artıq tanıyırsınız və bir çoxu ilə fərqli turnirlərdə qarşılaşmısınız. Sizcə, kim ilə döyüşünüz çətin keçəcək? Çəkindiyiniz rəqibiniz varmı?

- Bütün rəqiblərimi tanıyıram. Hər biri ilə fərqli turnirlərdə dəfələrlə qarşılaşmışıq. Bu olimpiadadır. Bütün idmançılar burada çətin rəqibdir. Rəqiblərimin hamısını məşqçilərim ilə analiz etmişik. Hər bir rəqibim ilə ciddi döyüşəcəm. Bütün döyüşlərimə final döyüşü, son döyüş kimi baxaraq çıxacam.

Xeyr, heç bir rəqibimdən çəkinmirəm. Onlar məndən çəkinsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar