Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevgeni Mixaylov: “Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır”

Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Bununla yanaşı, erməni və ermənipərəst ekspertlər baş verənlərdə Rusiyanı günahlandırır, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan BakıMoskva ilə hər hansı danışıqdan imtina etməyə çağırırlar.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov qeyd edib ki, bəzi erməni mütəxəssislərin səsləndirdikləri bu cür cəfəngiyyatlara münasibət bildirmək çətindir.

Bu barədə o, Caliber.Az-ın suallarını cavablandırarkən deyib:

Rusiya Ermənistanı tamamilə süquta uğramaqdan qurtardı. İndi sərhəddə təxribatlar baş verir, sonra Rusiya ittiham olunur?! Məgər bu normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsi nə cəfəngiyyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”

Mütəxəssis vurğulayıb ki, Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır:

“Yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”, - deyə Yevgeni Mixaylov bildirib.

Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır:

“İrəvan Rusiya hərbçilərini çətin vəziyətə salaraq intiqam almaq barədə düşünməməli, təxribat törətməməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar